Flaş / Dünya / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
15:16, 15 may 2023
304
0

Sayks-Piko sazişindən 107 il ötür. Lakin demək olar ki, heç nə dəyişməyib.

1916-cı ilin mayında, Birinci Dünya Müharibəsinin qızğın vaxtında Britaniya və Fransa diplomatları Mark Sayks və Corcs Piko hələ dağılmamış Osmanlı İmperiyasının mülklərini bölüşdürmək barədə gizli müqavilə imzaladılar.

İngiltərə İordaniya və İraq ərazisini əhatə edən ərazilərə, Misir üzərində, habelə Hayfa ətrafındakı kiçik bir əraziyə nəzarəti ələ keçirməli idi. Fransızlar Türkiyənin indiki cənub-şərqinin, Şimali İraqın, Suriyanın və Livanın böyük hissəsini götürürdü. Fələstin isə beynəlxalq nəzarət altında olmalı idi.

Türkiyə boğazları, o cümlədən Gelibolu yarımadası, eləcə də Türkiyənin şərq hissəsi (indiki Ermənistanın qərbi) Rusiyanın nəzarətinə keçməli idi. İtaliyaya Egey dənizindəki adaların bir hissəsi, həmçinin İzmir ətrafında və indiki Türkiyənin cənub-qərbində təsir dairəsi verildi.

Sayks-Piko müqaviləsi 1920-ci ildə bağlanmış Sever müqaviləsinin bazasını təşkil etdi. Sayks-Piko müqaviləsinə  əsasən Türkiyənin şərqində erməni dövləti, cənub-şərqində isə kürd dövləti yaradılmalı idi. Lakin Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra vəziyyət kəskin şəkildə dəyişdi.

1917-ci ilin noyabrında sovet hökuməti gizli müqavilələrə qarşı çıxdı. Sayks-Piko müqaviləsinin mətni çap olundu və xalqlardan gizlin bağlanmış
“imperialist sui-qəsd”, ilhaq və təzminat siyasətinin təzahürü kimi səciyyələndirildi. Rusiya müharibədən çıxdı və Antanta dövlətlərinin razılaşmasının iştirakçısı olmaqdan imtina etdi.

1920-ci ilin aprelində San-Remo konfransında Dəməşq və Mesopotamiyaya mandat verildi, Fələstin isə 1948-ci ilə qədər İngiltərənin hakimiyyəti altında qaldı. Eyni şey İraqla da baş verdi. Digər tərəfdən, Fransa Suriyadakı mandatını və himayədarlığını yalnız 1946-cı ildə bitirdi. Müasir Türkiyənin sərhədləri 1923-cü ildə Türkiyə Parlamentinin qəbul etdiyi “Milli Bəyan”la elan edilib.

Belə görünür ki, bütün bunlar sadəcə tarixdir. Amma hələ də qan axır. Təsadüfi deyil ki, Ərdoğan tez-tez “region sərhədlərinin yeni yenidən bölüşdürülməsi təhlükəsi” və “Yaxın Şərqin bölünməsi ilə bağlı yeni Sayks-Piko sazişinin qəbul edilməsinin yolverilməzliyindən” danışır.

Bu onunla bağlıdır ki, ABŞ Ankaranın digər Qərb tərəfdaşları kimi Türkiyə, İraq, Suriya və İran ərazisini əhatə edən kürd dövləti yaratmaq layihəsini həyata keçirdiklərini gizlətmir. Təsadüfi deyil ki, nüfuzlu “Foreign Policy in Focus” nəşrinin amerikalı ekspertləri İraq və Suriyanın potensial bölünməsini, etnik və dini tərkibinə görə homogen olan ən azı altı yeni mikrodövlətin yaranacağını proqnozlaşdırırlar.

Ərdoğanın bu barədə narahatlığı əsaslıdır O qorxur ki, Yaxın Şərqdə mərkəzdənqaçma proseslərinin böyüməsi ilə Türkiyə istənilən oyuna daxil edilə bilər. Bundan əlavə, Qərb Böyük Yaxın Şərq geosiyasi layihəsindən əl çəkməyib.

Düzdür, amerikalıların planlaşdırdıqlarının çoxu baş tutmadı. Bununla belə, türkiyəli ekspertlər Ankaranı buna yol verməməyə çağırırlar. “Hürriyyət” qəzetinin tanınmış türkiyəli köşə yazarı Yusuf Kanlı sualı verir:

“Niyə Amerika jurnalları və yarı-rəsmi saytları tez-tez Türkiyənin şərq hissəsində (13 vilayətdə) paytaxtı Diyarbəkir olan Kürd dövlətinin yer aldığı Türkiyənin yeni xəritəsini dərc edirlər?

Bu baxımdan, Amerikanın veteran kəşfiyyatçısı, polkovnik Ralf Peters tərəfindən hazırlanmış və 2006-cı ildə Armed Forces jurnalı üçün simvolik başlıqlı "Qanlı sərhədlər" məqaləsində verilmiş "gələcək Böyük Şərq xəritəsi"ni xatırlatmaq yerinə düşər.

Peters gizlətmir ki, “Sayks-Piko sazişinin imzalanmasından yüz il keçməsinə baxmayaraq, Yaxın Şərq təsir dairələrinin yenidən bölüşdürülməsi ərəfəsində yenidən yanacaq”. Əgər belədirsə, o zaman Türkiyə geosiyasi təlatümlərə hazır olmalıdır.

Yeni bir Sayks-Piko müqaviləsinin mövcud olub-olmamasından heç birimizin xəbəri yoxdur. Lakin mən əminəm ki, belə bir razılaşma mövcuddur. 
Hazırda Qərb dövlətlərinin əsasında Türkiyəyə qarşı eyni cür qəsdin durduğu sazişi mövcuddur. Sazişin adını, tarixini və mətnini oxuyub bilməsək də, Qərb dövlətlərinin Türkiyəyə qarşı tutduqları düşməncə mövqe, hər addımda onu zəiflətməyə və parçalamağa fürsət axtaran anqlosakslar və sionistlərin hansısa yeni bir saziş üzrə hərəkət etdikləri açıq-aydın bilinir. Türkiyənin yanında isə yenidən şərqlilərdir. Rusiya, İran, Çin və başqa oyunçular qismində. Ümid edirik ki, bolşeviklərin Sayks - Piko sazişini pozduqları kimi yeni sazişi də Rusiya və müttəfiqləri pozacaq. Türkiyəni yenidənparçalanmaqdan xilas edəcəklər. Hazırda davam edən seçki prosesinin nəticəsi isə Türkiyənin gələcək ssenarisinin hansı xətlə inkişaf edəcəyini təyin edəcək.

Bütün bunlardan əlavə, bir şeyi qeyd etmək istəyirəm. Türkiyəpərəst kimi görünən, əslində isə axmaq millətçi olanlaradır sözüm. Söyün Rusiyanı! Lenini, Stalini, bolşevikləri söyün! Dayanmadan söyün! Onlar olmasa idi indi siz Türkiyə adlı dövlət haqqında danışa bilməzdiniz. Özünüz də çox güman ki, qatı rusiyapərəst olardınız.

Cəmil Şirvanov

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)