Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
Qərb dəyərləri artıq heç kəsi cəlb etmir - Le Point
“Qərb dövlətlərinin dünyanın getdikcə daha çox Şərqə üz tutması, çoxqütblü olması, demokratik dəyərlərin və Qərb sivilizasiyasına inamın öz cəlbediciliyini itirməsi ilə barışmaq vaxtı çatıb”.
Fransanın “Le Point” jurnalının köşə yazarı Sebastien Busua deyib. Jurnalistin fikrincə, artan Rusiya-Çin əməkdaşlığı ilk növbədə ABŞ üçün ciddi rəqabətdir. Bununla belə, Amerika hakimiyyəti yeni şərtlərə uyğunlaşmaq əvəzinə inadkarlıq göstərməkdə davam edir.
Məqalə müəllifi qeyd edir ki, ilk növbədə Qərbin siyasəti ona gətirib çıxarıb ki, dünya nəzərlərini Şərqə çevirməyə başlayıb. Fransız jurnalist yazır ki, qondarma demokratik dövlətlər başqa ölkələrə “çoxtərəflilik” təəssüratı yaradan “oyun qaydaları”nı tətbiq ediblər və onilliklər ərzində özləri bu qaydaları pozublar.
“Yalnız dünya ticarətində dolların “gücü” köhnə dünya nizamını hələlik öz yerində saxlaya bilər, lakinbu uzun müddət davam etməyəcək. Qərb dövlətləri özləri təlqin etdiyi qaydaları pozmağa başlayıblar. Burada BMT-nin acizliyini və dövlətlərarası problemlərin həllinə mane olmaqda “beynəlxalq ictimaiyyətin” açıq-aşkar acizliyini görmək kifayətdir”.
Mövzu linkləri:
Həmçinin oxuyun: