Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / İqtisadiyyat-Analitika
16:00, 21 sentyabr 2022
610
0

Rusiya niyə çökmür? - Fransanın Marianne nəşrinin təhlili


Rusiya niyə çökmür? Qərb niyə Rusiya iqtisadiyyatını lazımınca qiymətləndirə bilmədi? Fransanın Marianne nəşri bu sualı araşdırıb və cavab verir ki, məsələ Ümumi Daxili Məhsul hesablanmasının yanlış metod və göstərici olmasındadır.

Beləliklə Marianne nəşri mövzuya belə başlayır:
Rusiya iqtisadiyyatı niyə çökmür? Axı niyə Qərb əlindən gələn bütün sanksiyaları ona qarşı tətbiq etməsinə baxmayaraq, Rusiya iqtisadiyyatı çökmür. Əksinə, Avropa iqtisadiyyatı qış ərəfəsində tənəzzül təhlükəsi ilə üzləşir.  Bunu inflyasiyada rekord artım sübut edir - deyə Fransanın Marianna nəşri sual verir.

Nəşrə görə, cavab budur ki, mövcud qaydalara əsasən hesablanmış ÜDM əsasında ölçülən iqtisadi güc uydurmadır. Ölkənin iqtisadi uğurunu ölçmək üçün bu alət çoxdan köhnəlib. Bu metod artıq polad, avtomobil, soyuducu və televizorların, yəni real malların ümumi istehsalını ölçmür. O, ilk növbədə bəzi dövlətlərdə çox vaxt  faydasız hesab edilən qeyri-maddi aktivlərin istehsalını ölçür. Buna görə də, onlar yalnız nominal dəyərdir.

Marianne ÜDM göstəricisinin uydurmalığına misal olaraq, ABŞ iqtisadiyyatını göstərir ki, onun ÜDM-si bütün Qərbin ÜDM-nin 40%-ni təşkil edir. ABŞ-da səhiyyə “milli istehsalın” 18%-ni “sovurur” ki, bu da digər Qərb ölkələrindən təxminən 2 dəfə çoxdur.  Nəşr ölkələrin iqtisadi səmərəlilik dərəcələrinə baxmağı təklif edir: ABŞ-da gözlənilən ömür uzunluğu Almaniyanın 80,9; Fransanın 82,2; İsveçrənin 82,4; Yaponiyanın 84,6 yaş göstəricisi ilə müqayisədə cəmi 77,3 ildir.

Bunu necə izah etmək olar? Amerikanın səhiyyə xərclərinin yarısından çoxunun (ÜDM-nin 10-13%-i) həkimlərin (əhali sayına görə ABŞ-da həkimlərin sayı Fransadakından azdır) əsassız gəlirlərindən eləcə də amerikalılara təklif olunan dərmanların fantastik qiymətləri(xərclərin yarısını təşkil etməsi)sayəsində tibb xərcləri həddindən artıq çox yüksəkdir. Bu qədər pulun xərcləndiyi sahə necə belə aşağı göstəricilərə malik ola bilər? Deməli, elə şeylər var ki, pulun nominal dəyəri ilə ölçülməsi yalnışdır.

Dollara sitayiş və avroya pərəstiş yalnış olaraq Qərb insanının əskinaslarını həqiqi sərvət kimi qəbul etməsinə səbəb olur. Lakin bu pul kisələri Amerika buğda istehsalının 1980-2021-ci illər arasında 65 milyon tondan 47 milyon tona düşdüyü, Rusiyada buğda istehsalının isə 1987-2020-ci illər arasında 36,9 milyon tondan 80 milyon tona yüksəlməsi faktını dəyişməyəcək.

Buğda və qaz Rusiyaya bədnam “qeyri-maddi aktivlərin” ABŞ-a verdiyindən daha çox güc verir - Marianne belə hesab edir. Ehtiyat valyutaların bütün problemi elə bundan ibarətdir: onları ucuz qiymətə(əslində havayı) yaratmaq olar. Lakin sənayelərini qloballaşmanın qurbangahında qurban verən bu valyuta istehsal edən ölkələrdə həmin valyuta ilə nə almaq olar?

İqtisadi potensialın qiymətləndirilməsinin yanlış sistemi ona gətirib çıxarıb ki, indi Qərb düzgün işləməyən cihazları olan təyyarədə 10.000 m hündürlükdə uçduğunu zənn edən, lakin birdən-birə əslində 350 metr yüksəklikdə uçduğunu, üfüqdə isə heç bir eniş zolağının olmadığını görən pilotu xatırladır - Marianne yekunlaşdırır

Biz əvvəllər də bu barədə fikrimizi qeyd etmişdik ki, ÜDM hesablanma sistemi yanlışdır. Çünki bir çox klassik və müasir iqtisadçılar ÜDM göstəricisinin qeyri-adekvat olduğunu vurğulayaraq qeyd edirlər ki, bu, sosial faydalı mal və xidmətlərlə yanaşı, eyni dərəcədə silah və dəbdəbə malların istehsalını, eləcə də maliyyə xidmətləri və mübadilə və bu kimi pul şarını “şişirdən” əməliyyatları da nəzərə alır. Təsadüfi deyildir ki, görkəmli amerikalı iqtisadçı Con Kennet Qelbrayt ÜDM göstəricisinə əsaslanmanı “cəmiyyətdə ən dərin kök salmış aldatma növlərindən biri” kimi xarakterizə etmişdir.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)