Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya / İqtisadiyyat-Analitika
ABŞ Federal Rezerv Sistemi və Qərb Mərkəzi Bankları iqtisadiyyatı tənəzzülə sürükləməyə qərarlıdırlar - Bloomberg
Bloomberg nəşri ABŞ FRS-nin və digər Qərb dövlətlərinin Mərkəzi Banklarının maliyyə siyasətinin tənqidinə dair yazı dərc edib. Nəşrin fikrincə, dünya ölkələrinin Mərkəzi Banklarının maliyyə siyasəti tənəzzül təhlükəsi yaradır.
Nəşr bildirir ki, "Son vaxtlar 40 ilin ən pis inflyasiyasını görən və yavaş-yavaş bununla mübarizə aparan ABŞ Federal Rezerv Sistemi və dünya üzrə Mərkəzi Bankları indi dərin tənəzzül bahasına olsa belə inflyasiyanın qarşısını almaqda qərarlıdırlar".
Müəlifin fikrincə, “Dünya mərkəzi bankları 2008-ci ildə başlayan ucuz pul erasından qətiyyətlə uzaqlaşmaqdadırlar. JPMorgan-a görə, 1980-ci ildən bəri məhz bu rübdə iri mərkəzi banklar tərəfindən faiz dərəcələrində ən böyük artım müşahidə olunacaq.
Federal Rezerv Sisteminin sədri Pauell bildirib ki, onun qiymət öyrənilməsi üzrə işi "ABŞ ev təsərrüfatlarına və bizneslərinə zərər verəcək".
Nəşrin məlumatına görə, “Avropa Mərkəzi Bankının sözçüsü Şnabel isə Avropa İttifaqında inflyasiyanın qarşısını almaq üçün "qurban koafisenti" haqqında danışır. İngiltərə Mərkəzi Bankı isə Britaniyada tənəzzülün bu ilin sonunda başlayacağını və 2024-cü ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırır”.
“İnflyasiyanın FRS-in 2%-lik hədəfinə qaytarılması ABŞ-da dərin tənəzzül və daha 3 milyon işsiz deməkdir və Avropa Mərkəzi Bankının(AMB) hədəfinə çatması isə Aİ-də daha da böyük tənəzzül tələb edəcək” – deyə nəşr yekunlaşdırır.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Federal Rezerv Sistemi əsas uçot dərəcəsini artırmaq niyyətindədir
Azərbaycanda xarici valyutalara tələb azalıb, əhali isə dayanmadan rubl alır
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
RUS KƏŞFİYYATI TÜRKİYƏNİ XİLAS ETDİ
Dünya əhalisinin 1 %-i digər 99 %-dən varlıdır – hər şey iki şirkətin, bir neçə ailənin əlindədir