Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Publisistika
Ukraynanın dağılması artıq başlayıb, növbədə Baltikyanı ölkələr, Polşa və ya Rumıniyadır - Lukaşenko

Ukraynanın dağılması artıq başlayıb, növbədə Baltikyanı ölkələr, Polşa və ya Rumıniyadır.
Belarusiyanın prezident bunu Milli Birlik Günü münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib:
“Ukraynanın dağılması artıq başlayıb və Polşa, Litva, Latviya siyasətçiləri, görünür, sadəlövhcəsinə yeni geosiyasi reallıqlarda gələcəkləri üçün sövdələşməyə ümid edirlər. 1930-1940-cı illərdə faşis Almaniyasının dabanını yalayamaqla etdikləri səhvi təkrarlayırlar.
Bu gün ABŞ Ukrayna ərazisində Avropanı Rusiya ilə hərbi qarşıdurmaya sövq edir. Onlar öz planlarını gizlətmirlər. Artıq qarşıdakı illər üçün sazişlər imzalanıb. Ukrayna yerlə-yeksan olacaq və eyni zamanda məqsəd həm də Rusiyanın zəiflədilməsi və Belarusun məhv edilməsidir.
Okeanın o tayındakı hamilərin digər məqsədi Avropadır. Bu gün Ukrayna, sabah Avropa, ya da Baltikyanı ölkələr, Polşa və ya Rumıniya olacaq. ABŞ Kosovoda müharibəni qızışdırır, Serbiyaya təzyiq göstərməyə çalışırlar. Qarabağda qaynayan ziddiyyətlərə kömür atırlar, Suriyada suları bulandırırlar. Mən heç Ukrayna haqqında danışmışam”.
Mövzu linkləri:
Həmçinin oxuyun:

ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?

Valeri Korovin. "İmperiya ərəfəsində". Lukaşenko - antiqlobalist cəbhənin avanqardı

Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş

Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.

ŞAH VƏ MAT: İRAN QƏRBİ ASİYADA GEOPOLİTİK - DƏNİZ DƏYİŞİKLİYİNƏ RƏHBƏRLİK EDİR