Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / İqtisadiyyat-Dünya / İqtisadiyyat-Analitika / Publisistika
15:07, 03 sentyabr 2022
515
0

Kənd təsərrüfatını inkişaf etdirmək Rusiyanın gizli triumfudur - Corriere della Sera


Kənd təsərrüfatının inkişafı Rusiyanın “gizli triumfu”na çevrilib. Bu barədə İtaliyanın “Corriere della Sera” nəşri yazır: Rusiya kənd təsərrüfatı mox məhsuldardır və bu il Rusiya bütün “dəhşətli ssenarilərə” baxmayaraq, rekord taxıl ixracına nail olacaq.

Corriere della Sera vurğulayır ki, keçmişdə amerikalı fermerlər “Rusiya vətəndaşlarının aclıqdan ölməsinin qarşısını alırdılar. İndi bu xatirə hardasa uzaq keçmişdə qalıb. Rusiyada "kənd təsərrüfatının heyrətamiz canlanması" baş verib.

2000-ci ildən 2018-ci ilə qədər Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracı 16 dəfə artıb və bu gün ölkə ABŞ-dan daha çox taxıl istehsal edir. Rusiya və Amerika 1,4 milyard insanın yaşadığı Çin və Hindistandan sonra dünya istehsalında üçüncü və dördüncü yerləri tuturlar. Çin və Hindistan əhali sayına görə öz kənd təsərrüfatı məhsullarını dünya bazarına çıxara bilmir və məhsullarının böyük hissəsini daxili ehtiyaclar üçün istifadə etmək məcburiyyətində qalıblar.

Moskvanın işinə yarayan, “xüsusilə bəyəndiyi”, lakin Qərbin gözdən görməzdən gəlməyə çalışdığı daha bir xoş xəbər isə qlobal istiləşmənin, ümumiyyətlə bu ilki quraqlığın kənd təsərrüfatına təsiri ilə bağlıdır: “İqlim dəyişikliyi bəzi regionlarda kənd təsərrüfatına zərər vursa da, digərlərində fayda verəcək. Rusiya Kanada və Skandinaviya ölkələri ilə birlikdə qalib mövqedədir” - Corriere della Sera deyir. Lakin nəzərə alsaq ki, Rusiyanın bu dövlətlərdə mövvud olandan qat-qat çox əkin sahələri mövcuddur və bundan sonra da bu sahələrin miqyası artırıla bilər, mütləq qalibin Rusiya olması sual doğurmur.

Nəticədə, ildən ilə fərqli olmaqla Rusiya dünya taxıl ixracının 13-16%-nə nəzarət edir və 2022-ci ilin sonuna qədər Rusiya ixracı ötən ilin səviyyəsini keçməlidir. Ötən il bu rəqəm 37,2 milyon tona çatmışdı və Rusiya dünya taxıl ixracatçılarının reytinqində birinci yeri tutmuşdu - Corriere della Sera yekunlaşdırır.

Qeyd edək ki, bundan əvvəl BMT-nin Baş katibi Antonio Quterreş də öz çıxışında bildirmişdi ki, Rusiyadan ərzaq və gübrə tədarükü problemi həll edilmədən qarşıdan gələn qlobal aclıq probleminin həlli mümkün deyil. Görünən odur ki, Rusiya enerji bazarınd həm də qida sektorunda liderliyini təmin etməklə ümumilikdə ABŞ-ın qlobal hegemonluğu ilə mübarizədə, xüsusilə də Ukraynadakı Xüsusi Hərbi Əməliyyat fonunda gedən iqtisadi sanksiyalar şəraitində mübarizədəöz mövqeyini sarsılmaz şəkildə möhkəmləndirib, Qərbi fakt qarşısında qoyub. Qərbin çıxış yolu yoxdur, həm enerji resurslarına görə, həm də kənd təsərrüfatı məhsullarına görə Rusiya ilə alış-veriş etməlidir. Bu isə Rusiyanın mövqeyini daha da möhkəmləndirmiş olur.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)