Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / İqtisadiyyat-Dünya
21:21, 01 avqust 2022
469
0

Qərb kəskin enerji böhranı təhlükəsi səbəbindən Rusiya neftinə qarşı sanksiyaları təxirə saldı


“Financial Times” qəzeti yazır ki, Qərb qiymətlərin artması və qlobal enerji təchizatının azalması təhlükəsi səbəbindən Rusiyadan neftin satışını məhdudlaşdırmaq tədbirlərinin tətbiqini təxirə salıb.

Aİ Rusiyanın Lloyd's of London dəniz sığorta bazarına çıxışını qadağan edən planı təxirə salıb və bəzi beynəlxalq daşımalara icazə verib.

Britaniya Aİ-nin iyun ayında elan etdiyi Rusiya Federasiyasından neft daşıyan gəmilər üçün dəniz sığortası qadağasına qoşulmayıb - onun tədbirləri yalnız Rusiyadan Britaniyaya enerji resursları daşıyan gəmilərə aiddir.

Tam miqyaslı məhdudiyyətlər ABŞ-da narahatlıq doğurur və o, belə tədbirlərin neft qiymətlərində kəskin sıçrayışa və tədarük çatışmazlığına səbəb olacağına əmindir, Financial Times yekunlaşdırır.

Qeyd edək ki, əvvəllər Amerikanın The Hill nəşrinin qiymətləndirməsinə istinad etmişdik və Hill qeyd edirdi ki, "Birləşmiş Ştatlar iqtisadiyyatında böhranın qarşısını almaq üçün anti-Rusiya sanksiyalarını ləğv etməlidir".

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)