Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
18:10, 21 iyul 2022
741
0

“Ukrayna fırıldağı” ABŞ-ın qloballaşma siyasətinə son qoydu

Rusiyalı politoloq, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü, Büynəlxalq Avrasiya Hərəkatının sədr müavini Valeri Korovin özünün Telegram kanalında Ukraynadakı Xüsusi Hərbi əməliyyat fonunda ABŞ və Avropanın münasibətlərinin pisləşməsi, geopolitik tarazlığın ABŞ-ın zərərinə necə dəyişməsi barədə qısa şərh yazıb. Həmin Şərhi sizə təqdim edirik.

"Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ABŞ rəhbərliyi ilə Avropa ölkələrinin elitaları arasında ciddi fikir ayrılığına səbəb olub. Bu fikir ayrılıqlarının nəticəsi Amerikanın geosiyasi arenada mövqeyini itirməsi ola bilər.

Əsas problem ondan ibarətdir ki, avropalılar artıq NATO-nun çəkindirici funksiyasının effektivliyinə inanmırlar. Bu, həm NATO-nun Avropada infrastrukturunun mövcudluğunu, həm də Alyansın strukturlarında Avropa dövlətlərinin olmasını sual altına qoyur.

Mövcud vəziyyətdən açıq-aydın çıxan nəticə odur ki, NATO-nun Avropada olması və onun Rusiya Federasiyasının sərhədlərinə doğru irəliləməsi Avropa üçün ancaq və ancaq problemlər yaradır və onu böyük təhlükə qarşısında qoyur. Bu baxımdan Avropa dövlətlərinin loyallığının dəyəri kəskin şəkildə artmış olur. Əgər əvvəllər bu loyallıq  alınırdı və ABŞ büdcəsinə yüz milyardlarla dollara başa gəldiyi halda indi isə bu loyallığın alış qiyməti böyük ölçüdə artıb.

Avropanı geopolitik və hərbi təsir orbitində saxlamaq üçün ABŞ pul çap edən mətbəəni daha da çox işlətməlidir. Bu, ölkədə inflyasiyanı sürətləndirəcək və dolları çöküş həddinə çatdıracaq.

Bu vəziyyət isə ümumilikdə ABŞ dollarına inam əsasında ABŞ-ın dünya liderliyini sual altına qoyur. Buna görə də, yüksək ehtimalla, indiki 2022-ci ilin payızına qədər Amerikanın qlobal gücü sarsıla bilər.

Geopolitik arenada mövqelərin itirilməsi ABŞ-ın “Ukrayna fırıldağı” üçün qisas aktı olacaq. Həqiqətən də məhz “Ukrayna fırıldağının”köməyi ilə Amerika elitası qloballaşmaya son qoydu və Rusiyanı aktiv geopolitik hücuma qaldırdı".

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)