Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
17:11, 10 iyun 2022
394
0

Sanksiyalar fonunda Rusiyanın xarici ticarət profisiti 3,4 dəfə artıb

2022-ci ilin ilk 5 ayında (yanvar-may) Rusiyanın xarici ticarətində 110,3 milyard dollar müsbət saldo yaranıb.

Rusiya Federasiyası Mərkəzi Bankının materiallarından belə çıxır ki, anti-Rusiya sanksiyaları fonunda profisit 2021-ci ilin eyni dövrü ilə müqayisədə (32,1 milyard dollar) 3,4 dəfə artıb.

Anti-Rusiya sanksiyaları ilə əlaqədar dünya enerji daşıyıcılarının qiymətlərinin kəskin artması Rusiyaya yüksək ixrac gəlirləri axını təmin edib.

Həmçinin Rusiyanın Qərbin sanksiyalarına cavab olaraq kapitalın hərəkətinə tətbiq etdiyi effektiv nəzarət də müsbət rol oynayıb.

Mərkəzi Bankın 2022-ci il üçün yenilənmiş baza ssenarisinə əsasən, neftin orta illik qiyməti 75 dollar/barel olmaqla, 145 milyard dollar həcmində cari balans profisiti gözlənilir. Mövcud dinamikaya əsasən, Mərkəzi Bankın baza ssenarisini xeyli ötüb keçəcək.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)