Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya / İqtisadiyyat-Analitika
21:49, 01 may 2022
572
0

OPEC neft hasilatını artırmayacaq. Bu, Rusiyanın əlinə oynayır.


"Beynəlxalq neft karteli OPEC+, Qərbin Rusiyadan neft nəqlinə qadağa qoymağı planlaşdırmasına baxmayaraq, neft tədarükü planlarını artırmayacaq" - Bloomberg öz mənbələrinə istinadən xəbər verir.

Bloomberg-ə görə, neft tədarükünün artmamasının səbəbi Rusiyaya loyal, ABŞ-a qarşı gərgin olan Səudiyyə Ərəbistanının mövqeyidir. RBC Capital Markets LLC-nin əmtəə strateqi və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Helima Croft, "Səudiyyəlilərin hazırkı mərhələdə Bu barədə hansısa bir yumşalma düsturuna keçməsinə dair heç bir əlamət yoxdur" dedi. Yəni, səudlar dirəşiblər.

OPEK mövqeyini  həmçinin Çinin kovid məhdudiyyətləri və Rusiyadan neft tədarükünün bərpası səbəbindən neftə tələbatın azalması riskləri ilə də motivasiya edir ki, bu da onları Hindistan və Çinə yönləndirəcək.

Bölgədə neftin hazırkı qiymətinin 110 dollar/barel olması istehlakçılarda narahatlıq yaradır. Əgər qiymətləri aşağı salmaq üçün hər hansı OPEC+ ölkəsi tədarükünü əhəmiyyətli dərəcədə artıra bilsəydi, bu, Yaxın Şərqin neft titanları - Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ola bilərdi. Lakin digər ölkələrlə birlikdə ABŞ-ın(hətta öz neft ehtiyatlarından istifadəyə keçməyə məcbur olan) güclü təzyiqinə baxmayaraq, Ər-Riyad və Əbu-Dabidən neft tədarükünün həcmi artırmır.

“Bloomberg” qeyd edir ki, həm Səudiyyə, həm də BƏƏ Vaşinqtonla münasibətlərin pisləşməsi fonunda Moskva ilə əlaqələri davam etdirməyə çalışır, xüsusən də hər iki ölkə ABŞ-ın İranla nüvə sazişini yeniləmək üzrə danışıqlarını öz təhlükəsizliyinə təhdid hesab etdikləri üçün.

P.S. Gələcəkdə qurulacaq yeni, yerli, Rusiyanın dəstəklədiyi “OPEC”-in iyini duymamaq mümkün deyil. Gələcək çox yaxşı gələcək.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)