Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region
Medvedev: "Ukrayna Aİ-yə Türkiyədən sonra daxil olacaq, Türkiyə isə heç vaxt"
Ukrayna indi çətin ki, NATO-nun “böyük tərəfdaş” kimi razılığı olmadan və bu alyansa üzv olmadan Avropa İttifaqına daxil ola bilsin.
Demotiya.com xəbər verir ki, bu fikri şənbə günü Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında bildirib. O, NATO-nun yaranmasının ildönümünə həsr etdiyi paylaşımda Ukraynanın Aİ-yə üzvlüyü məsələsini şərh edib.
O, bəyan edib ki, “Hətta Kuçmanın dövründə mən bunu istəyirdi, Yuşşenkonun dövründə daha çox istəyirdi, Yanukoviçin dövründə həddindən artıq istəyirdi, baxmayaraq ki, özünü topladı və Avrasiya İttifaqı ilə dost olmaq qərarına gəldi. İndi Ukrayna yenidən Aİ-yə daxil olmaq istəyir. Əvvəlkindən daha çox. Və hər şey yaxşı olardı bəlkə də. Bizim bu barədə mövqeyimiz ukraynalılara bəllidir. Belə çox bir istək varsa, qoşulun. Yalnız şərəf duyardıq. Və görünür, avropalılar da Ukraynanı çox istəyirdilər. Yalnız bir problem var: Monteneqro və Makedoniya ilə son illərin təcrübəsi göstərir ki, Aİ-yə giriş yalnız NATO vasitəsilə baş verir. Onlar bir-birindən asılı olan təşkilatlardır. Avropa dili ilə desək, siyasi cəhətdən düzgün desək, tərəfdaşdırlar.
NATO-da, bildiyiniz kimi, Vaşinqton komandanlıq edir. Aİ-də guya Brüssel. Lakin NATO-da Vaşinqton əsasdır və NATO özü hələ gənc, 30 yaşlı Avropa İttifaqından fərqli olaraq 1949-cu ildə dünyaya gəlmiş, AB ilə münasibətlərdə daha yetkin tərəfdaşdır. Ona görə də bütövlükdə Brüsselə də Vaşinqton əmr verir. Baxmayaraq ki, Brüssel bunu etiraf etməyi xoşlamır.
Beləliklə, sual yaranır: Böyük tərəfdaşın razılığı olmadan, NATO üzvü olmadan Aİ-yə necə daxil olmaq olar? Cavab yoxdur. Bu gün belə çıxır, heç cür.
Hər bir halda müxtəlif formalar baş verə bilər. Lakin bu barədə yaxın keçmişdən bir tarixçə danışmaq istərdim. V.S.Çernomırdinə aid edilən sözləri. Ukraynada səfir olduğu dövrdə ondan “Ukrayna nə vaxt Aİ-yə daxil olacaq?” sualını veriblər. Çox cəld cavab verib: “Türkiyədən dərhal sonra”. “Bəs Türkiyə nə vaxt?” deyə soruşublar. O isə “Türkiyə? Heç vaxt…” deyə cavab verib”.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
UKRAYNANIN MANDARİN REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
Rusiya və Azərbaycan prezidentlərinin imzaladığı Müttəfiqlik Bəyannaməsinin tam mətni
A. Duqin: Qərblə əməkdaşlıq edən hər kəs cəzalanacaq