Flaş / Azərbaycan / Siyasət-Azərbaycan / Publisistika
Şəhidlər Xiyabanında yatanların ahı bir gün hamınızı hökmən tutacaq
Nadir Qocabəyli
Deputat Zahid Oruc deyib ki, Şəhidlər Xiyabanı üzərindən keçib, Ermənistanın yer aldığı bir hərbi ittifaqda təmsilçiliyimiz adekvat qarşılanmaz...
Zahid Oruc çoxlu başqa şeylər də söyləyib və Rusiyanın Azərbaycanı KTMT-yə dəvətinə bir növ "rəsmi" cavab verib. NATO-dan zaddan dəm vurub, "qoşulmamağa" üstünlük verməyin düzgünlüyünü vurğulayıb...
Zahid Orucun heç vaxt öz sözü olmayıb və həmişə sifariş yerinə yetirib.
Savadına və qabiliyyətinə rəğmən, hörmətsiz adam olması da bununla bağlıdır...
Bir şeyi qeyd etməsəm, bağrım çatlayar.
Bunlar həmişə öz merkantil, məhdud, cılız maraqları üçün Şəhidlər Xiyabanından istifadə ediblər.
Şəhidlər Xiyabanı bunların geostrateji layihəsidir - təşkil ediblər və hər çətinə düşəndə əllərində dəstəvuz edir, o günahsızların goruna yalandan and içirlər.
Onların ahı bir gün hamınızı hökmən tutacaq...
Elə tutur da, bir-birinizin ətini yeyə-yeyə yavaş-yavaş sıradan çıxırsınız...
Camaat bilməsə də, orada yatanların qanının ən çox kimin üzərində olduğunu Allah da, ağıllı, vicdanlı, namuslu adamlar da bilir...
Mövzu linkləri:
Həmçinin oxuyun: