Flaş / Azərbaycan / Publisistika
15:04, 06 iyul 2021
354
0

Dəyərlərimizə dəyər verməsək, bizə dəyər verməyəcəklər

Rasim Hüseynov

Rusiyada ilk Quran oxuyanlar assosiasiyası açılıb. Bu assosiasiyanın üzvləri gözəl Quran oxuma, yazma işləri ilə məşğul olub mütəxəssislərin ortaya çıxarılmasi, müsabiqələrin keçirilməsinə bilavasitə nəzarət və təşkili ilə məşğul olacaqlar.

Ölkə, dövlət, hakimiyyət olaraq o qədər ora-bura calanırıq, inteqrasiyaya meyl edirik ki, bəzən kimliyimizi unuduruq, üzr istəyirəm, haça-paça vəziyyətində qalırıq.
Kimin üstünə qaçacağımızı, kimdən yapışacağımızı, kiminlə əməkdaşlıq edəcəyimizi düzgün təyin edə bilmirik.
Bunun nəticəsidir ki, ölkə daxilində də problemlər baş qaldırıb həddini aşır. Yuxarı başını itirir, aşağı onu axtarmaqla məşğul olur.
Dəyərlərimizə dəyər verməsək, bizə dəyər verməyəcəklər.

Bütün Ramazan boyu Speys kanalından “İnam” verlişini ara-sıra, ordan-burdan izlədim. Maraq üçün izlədim. Allaha şükürlər olsun ki, Ustadsız deyilik. Ustadımıza Allah bərəkətli ömür nəsib etsin.
Verlişin geydirmə aparıcısının qupquru, şit, yaltaq formada, göstərişlə yazılan şparqalkadan oxunan mətnlərinə, kolbasa reklamına ehtiyac yoxdur.
Bir dəfə Ustadımıza şikayət etdik ki (onsuz da onun da əli bizim kimi Allahdan başqa heç kimə çatmır, lakin dərdimizi dilə gətirdik), niyə axı müsəlman ölkəsi olaraq dini verilişlər, filmlər verilmir bizdə? Dedi o qədər xarici qüvvələrin təsiri var burda, versələr də eləsini verəcəklər ki camaatı çaşdıracaq, əks-təbliğat aparılacaq.
İndi görürəm ki həqiqətən Kişinin sözü başdan ayağa həqiqət imiş. “Ömərin ədaləti” filmi ilə “Seyidin” “İnam” verilişi bəs edir.

***
MKXC- Milli Klassik Xalq Cəbhəsi.
Sosial şəbəkədə dostluq təklifi göndərib.
Bunların klassik formasi da olurmuş?
İlk dəfədir eşidirəm bu partiya haqqında.
Bir vaxtlar Sovet dağılan dönəmdə Gürcüstanun hər məhləsində vor zakon sexi vardı. Partapart vor zakon istehsali ilə məşğul idilər. Əhalinin adambaşına düşən oğru payı 3 nəfərə 2 oğru edirdi.
Bu İsrail də dönüb bu tip fabrikə. Bu qədər partiya olar? Heç kimə də qara qəpiklik xeyirləri yoxdu.

***
Bu neçə il müstəqillik illəri ərzində bizə Gürcüstanı nümunə kimi gözümüzə soxub onlara bənzəməyimizi tövsiyyə, əmr edirdilər. Bir neçə gün bundan qabaq Qafqazda özünün mental dəyərləri olan bir ölkədə üzdəniraqların bayraqları ayaq altına atılıb, nümayişlərinin baş tutmaması üçün gürcü xalqı küçələrə çıxıb etiraz keçirib.
Doğrudur, ölkə başçısı dəfələrlə çıxışlarında qeyd edib ki, biz belə Avropanın harasına inteqrasiya edək?! Bizim öz milli mənəvi dəyərlərimiz var, və biz bu dəyərlərə sahib çıxacağıq.
Sözüm bunda deyil, xalq olaraq da bu dəyərlər bizə nəinki yad, ağlımızın ucundan da keçməyib.
Bayram Nurlu kimilərin sosial şəbəkələrdə qatır oynatmalarına fikir verməyin. Odu söndürüb külü ilə oynayirlar. Bu ölkənin xəmiri Əhli-Beyt mayasi ilə mayalanib. İnsanlarimizin qəlbində Əli rəhmi olub.
Bu üzdəniraqları dəstəkləyən beşinci, altıncı kolona da fikir verməyin, onlara maddi dəstək olanlara da. Südləri xarabdı.
Cırılsalar da Allah öz nurunu tamamlayacaq...


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)