Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
ABŞ-ın Maduro ilə danışıqlara cəhd etməsi onun acizliyindən xəbər verir
Cəmil Şirvanov
Neçə gündür işin çoxluğundan Venesuela-Rusiya münasibətlərinin indiki əhəmiyyəti və vəziyyəti barədə yazmaq ağlıma gəlmirdi. Lakin son günlər bizim liberal bloggerlərin Maduronun Rusiyaya atdığını deyərək çıtma çalması və izləyicilərdən biri Anar qardaşın bayaq ABŞ-ın Maduronun ayağına getməklə özünü rüsvay etməsi barədə fikirləri bu məsələyə toxunmağa vadar etdi.
Dünya siyasi hadisələrini intensiv şəkildə izləyənlər bilir ki, ABŞ Venesuelada keçirilən son Prezident seçkilərində çevriliş etməyə cəhd etdi və Rusiya olmasa idi buna nail olacaqdı da. Müxalifətin namizədi olan Quaydonu zorla hakimiyyətə otuzdurmaq istəyirdi. Lakin son anda Rusiyanın məsələyə müdaxilə etməsi bunu həyata keçirməyə imkan vermədi. Ölkədə bir növ ikihakimiyyətlilik hökm sürsə də Vəziyyət yavaş-yavaş stabilləşdi.
Bu zaman ABŞ dünyada görülməmiş həyasızlığa gedərək qanuni seçilmiş prezidenti tanımadığını, Quaydonu Venesuela prezidenti kimi tanıdığını bildirdi. Onsuz da xeyli sanksiya tətbiq etdiyi Venesuelaya daha da şiddətli sanksiyalar tətbiq edərək Maduro hakimiyyətini boğmağa çalışdı. Britaniya ilə birlikdə Venesuela xalqının xaricdəki qızıl-valyuta fonduna həbs qoydular. Onsuz da sanksiyalar ucbatından böhran yaşayan Venesuela əhalisinin sosial durumu daha da pisləşdi. Xalqın pulları oğurlandı.
ABŞ-ın ta əvvəllər, Uqo Çaves dövründən tətbiq etdiyi, Venesuela neft sənayesinin rentabelliyini xeyli aşağı salan, onun innovativ inkişafını əngəlləyən sanksiyalar daha da şiddətləndi və Venesuela çıxılmaz vəziyyətə düşdü.
Bu zaman son illərin böyük üçlüyü – Rusiya-Çin-İran işə düşdü. Venesuela neft-qaz məhsullarının alıcısı və bu sahə üzrə əsas investor qismində çıxış edən Çin, məhsulların təhlükəsiz istehsalı, daşınmasını, həm də sanksiyalardan yan keçməsinin hüquqi tərəfini təşkil edən Rusiya, İstehsal üçün lazım olan texniki və kimyəvi köməkliyi göstərən İran Venesuelanı xilas etdilər. Hələ böhran vaxtı ölkənin siyasi elitasının qorunması üçün rusiyanın orada hərbi mövcudluğu isə ayrı cür araşdırılmalıdır deyə düşünürəm.
Bəli, 3 müttəfiq – Rusiya, Çin, İran birləşib digər müttəfiqlərini(ən azından strateji tərəfdaşını) ABŞ-ın caynağından xilas etdilər. Hazırki Ukrayna hadisələri fonunda Rusiyaya tətbiq edilən sanksiyalara adekvat cavab verilməsindən qorxuya düşən Qərb böyük neft-qaz ixracatçılarının ayağına gedib enerji təhlükəsizliyini təmin etməyə çalışırlar. Daha doğrusu, özlərinin Rusiyadan enerji asılılıqlarını əhəmiyuyətli dərəcədə azaltmağa çalışırlar. Elə bu məqsədlə də ABŞ nümayəndə heyəti Venesuelaya gedərək Maduroya yağlı vədlər verdilər ki, onun imkanlarından Rusiyaya qarşı istifadə etsinlər. Lakin rədd cavabı aldılar. Amerikalılar bir şeyi başa düşmürlər ki, onların diktator deyib devirməyə çalışdıqları bütün dövlət başçıları əsl kişi, xalqının gələcəyini düşünən liderlərdir. Onlar bur neçə milyarda görə kişi xarakterlərindən dönən deyillər.
ABŞ-ın əlində olan informasiya sistemində belə şaiyələr buraxıldı ki, bəs Maduro amerikalılarla razılığa gəlib, Rusiyaya atdı və bununla da Rusiyanın kitabı bağlandı. Lakin bir neçə saat sonra alternativ mənbələrdən məlum oldu ki, Maduro onalrın təklifinə rədd cavabı verib, Rusiya ilə sıx əlaqələrinə xələl gətirəcək heç bir razılaşma olmayıb.
Lakin bu məsələnin Anar qardaşımız demişkən başqa bir tərəfi də var: ABŞ bu neçə ildə tanımadığı, qeyri-qanuni prezident adlandırdığı adamla razılaşmaqdan ötrü nümayəndə heyəti göndərdi. Ona lazım olanı Quaydodan yox, Madurodan istədi. Rədd cavabını aldı. Düşünün ki, Maduronun yerində Quaydo olardı. Venesuela xalqı indiyə qədər nələrdən keçməzdi. Bəlkə də vətəndaş müharibəsi gedirdi və ölkə qan gölünə dönmüşdü. Bütün bunlara baxmayaraq, Quaydo amerikalı kuratorlarının vasitəsilə hər addımında Venesuela xalqının, onun dövlətçiliyinin deyil, ABŞ-ın maraqlarını təmin edirdi.
Xülasə, hələ Amerikanın bundan da rəzil günlərə düşəcəyi günləri Allahın izni ilə çox görəcəyik. Allah ömür versin, yaşayaq, görək.

Mövzu linkləri: