Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
14:28, 12 fevral 2022
738
0

Korovin: Vaşinqton müharibə istəyirdi, onu da alacaq

Ukrayna dövlətçiliyi öz məntiqi sonuna çatmışdır. Ukraynanın SSRİ-dən ayrılmasından bəri ötən otuz il ərzində 20-ci əsrin əvvəllərində ruslar, Rusiya tərəfindən Sovet eksperimenti zamanı süni şəkildə yaradılmış Ukrayna dövlətinin üzərində durduğu sütunlar sistematik şəkildə məhv edildi.

Ukrayna dövlətçiliyinin əsas sütunlarından biri Ukraynanın Qərbə istiqamət götürərək  sürətli şəkildə sıxışdırılaran, Qərb mədəniyyət kodları ilə əvəzlənən, Rusiya ilə eyni mədəni-sivilizasion məkana aid olmaqdır. Və bu, dövlətin kodunu tamamilə dəyişir, onun sivilizasion əsaslarını mahiyyətcə aradan qaldırır.

İkinci əhəmiyyətli sütun, əslində dövlətçiliyin daşıyıcısı olan rusların çoxluğudur. Təbii səbəblərə görə, Ukraynanın kiçik rus və digər etnik qruplarının nümayəndələri dövlətçilik şüurunun olması haqqında danışmaq mümkün deyil.

Həmçinin, son üç onillikdə dövlət quruluşunun olan-qalan sosial modeli də demək olar ki, tamamilə demontaj olunub.

Ukraynanın xalqları və etnik qrupları arasında ünsiyyət dili ləğv edilir. Hansı ki, bu dilin üzərində təkcə mədəniyyət deyil, həm elm, təhsil, həm də hüquqi model formalaşmışdır.

Nəticədə 2014-cü ilin Maydanından sonra, rusların və rusiyayönlü kadrların xaric edilməsi səbəbindən dövlət idarəetmə sisteminə böyük zərbə dəydi. Bu da Ukrayna hakimiyyətinin ümumi mənəvi-psixi səviyyəsini aşağı saldı və korrupsiyanı dövlət vəzifələrində işləmək üçün yeganə motivasiya etdi. Qərb rayonlarından olan kəndli təsərrüfatı şüurunun daşıyıcılarının dövlət strukturlarının idarə olunmasına cəlb edilməsi bu keçmiş sovet respublikasının vaxtilə mövcud olan dövlət idarəçiliyi sistemini tamamilə məhv etdi.

Dövlət institutlarının qalıqları xarici qüvvələrin nəzarəti altına keçdi. Bu isə Ukraynadan Amerikanın Şərqi Avropadakı anti-Rusiya siyasətinin aləti kimi istifadə edilməsi deməkdir. Bu, Ukraynanı ABŞ-ın özü kimi danışıqlar aparmaq iqtidarında olmayan bir quruma çevirib.

Amerikalı kuratorlar Ukraynanı Vaşinqtonun maraqları naminə Rusiyaya qarşı hərbi təcavüz alətinə çevirmək məqsədi ilə ölkədə militarizasiya həyata keçirdilər. Yekun məqsəd Rusiyanı hərbi cəhətdən zəiflətmək və Rusiya ilə Avropa arasında qeyri-sabitlik zonası yaratmaq cəhdidir ki, bu halda Avropa Birliyi Rusiya ilə tam mənalı münasibətləri inkişaf etdirə bilməyəcək və ABŞ-ın nəzarətində qalacaq.

Bütün saydıqlarımnızın məcmusu Ukrayna ilə istənilən növ qarşılıqlı əlaqəni qeyri-mümkün edir. Bu dövlətin parametrləri elə formalaşıb ki, onunla qarşılıqlı əlaqənin yeganə yolu müharibədir.

Rusiya səkkiz il ərzində bu ssenaridən yayındı, dialoqun başqa yollarını axtarırdı. Lakin hər dəfə Vaşinqtondan olan kuratorlar bu yolları aradan qaldıraraq ortaya yalnız bir variantı – müharibəni qoydular. Mahiyyətcə, onlar müharibəni qaçılmaz etdilər və əgər belədirsə, müharibə son və yeganə tədbir olmaqdadır. Ancaq Ukraynanın bütövlükdə Rusiyadan və ruslardan gələn hər şeyə ziddiyyət təşkil etdiyini nəzərə alaraq, Rusiyanın bu ziddiyyətləri aradan qaldırmasında yeganə yolu elə əvvəllər özünün yaratdığı Ukrayna dövlətçiliyini ləğv etməkdir.

Sonuncu təsir tədbiri kimi mümkün olan Rusiya silahlı qüvvələrinin Ukraynanı sülhə məcbur etmək və Ukrayna əhalisinin əksəriyyətini təşkil edən, çoxluq olan rusları ukraynalı azlıqlardan qorumaq məqsədi ilə həyata keçirəcəyi sülhə məcbur etmə əməliyyatıdır. Vaşinqton müharibə istəyirdi, onu da alacaq.  Hətta nəticədə Ukraynanın ləğvinə səbəb olsa belə.

Mənbə: @imperiumtalk telegram kanalı
Tərcümə: Cəmil Şirvanov

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)