Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika
23:05, 04 fevral 2022
623
0

Rusiya və Çin çoxqütblü dünya nizamını bəyan etdilər

Rusiya və Çin birgə bəyanatda "zəiflər güclülərin şikarına çevrildiyi" böyük dövlətlər arasındakı qarşıdurma dövrünə qayıtmağa qarşı çıxıblar

Digər vacib məqamlar: 

Rusiya Federasiyası və Çin ABŞ-da kimyəvi silahların ləğvini sürətləndirməkdə israrlıdır. Vaşinqtona həmçinin Asiya-Sakit okean regionunda və Avropada yerüstü orta və yaxın mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina etməyə çağırılıb. 

Hər iki dövlət xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə qarışmasına müqavimət göstərmək, xarici qüvvələrin təhlükəsizliyi pozmağa yönəlmiş hərəkətlərinə qarşı çıxmaq, “rəngli inqilablar”a qarşı çıxmaq niyyətindədirlər. 

Ölkələr Şanxay Əməkdaşlıq Təşkilatını gücləndirməyə və onun çoxqütblü dünya nizamının formalaşmasında rolunu artırmaq istəyirlər. 

Çin Rusiyanın  uzunmüddətli hüquqi qüvvəyə malik Avropada təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini dəstəkləyir. 

Rusiya Federasiyası və Çin İkinci Dünya Müharibəsinin nəticələrinin toxunulmazlığını qətiyyətlə müdafiə etmək, tarixi təhrif etmək cəhdlərinə müqavimət göstərmək niyyətindədirlər. 

Rusiya “Vahid Çin” prinsipinə sadiqliyini bir daha təsdiqləyir, Tayvanın müstəqilliyinə qarşı çıxır. 

Rusiya Federasiyası ilə Çin arasında dostluğun sərhədləri yoxdur, onların əməkdaşlığında “qadağan edilmiş zona” yoxdur.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)