Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region
15:05, 01 fevral 2022
556
0

Milanoviç Avropa Birliyini Ukraynanı Rusiyaya qarşı qızışdırmaqda ittiham etdi

Xorvatiya prezidenti Avropa Birliyini Ukraynanı Rusiyaya qarşı qızışdırmaqda ittiham edib.

"Ukrayna digər dövlətləri ələ salan Brüssel bürokratları tərəfindən ələ salınır. Onlara “naməlum, dumanlıq bir ərazi satılır”, bəzi asossiativ statuslar vəd edirlər və s.  AB-nin göstəricilərinə görə Ukrayna çox pis vəziyyətdədir. Lakin bir vaxtlar inkişaf etmişdilər. İndi adambaşına düşən ÜDM dəyəri Kosovo səviyyəsindədir”, - Zoran Milanoviç RTL telekanalında danışarkən deyib.

O, Kiyevi "daim nüvə və hipersəs gücü olan Rusiya ilə qarşıdurma yolu ilə getməkdənsə" tanınmamış Donbass respublikalarının nümayəndələri ilə danışıqlar aparmağa çağırıb.

"Və onları buna təhrik edənlər təhlükəli şarlatandır və indi Avropada belə şarlatanlar kifayət qədərdir" – deyə Milanoviç əlavə edib.

O, həmçinin qeyd edib ki, Ukraynada İkinci Dünya Müharibəsi zamanı polyakların və yəhudilərin məhv edilməsində iştirak etmiş hərbi cinayətkarlar vəsf edilir.

"Ukraynanın milli qəhrəmanlarının bir hissəsi Paveliç (müharibə zamanı xorvat faşistlərinin lideri - red) qədər pisdirlər. Bandera və onun cinayət ortağı Şuşkeviç poçt markalarındadır", - Milanoviç vurğulayıb.

Prezident əlavə edib ki, o, rus dilini bilir, regiondakı vəziyyəti izləyir və özünü “nə Ukraynanın düşməni, nə də Rusiyanın dostu” hesab etmir.

Milanoviç əvvəlki açıqlamalarına görə “Sülhməramlı” bazasına “anti-Ukrayna təbliğatçısı” kimi  düşmüşdü və Ukrayna Xarici İşlər Nazirliyi Xorvatiya səfirini hüzuruna çağırmışdı.Görək indi nə olacaq.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)