Flaş / Cəmiyyət-Mədəniyyət
21:05, 11 yanvar 2022
554
0

Şərqilər...


Qar yağır...

Yenə də qar yağır bizim şəhərə,
Qışı qarşıladıq yorğun tələsik,
Çovğunla döyüşür sınığ pəncərə,
Sevinən uşaqlar,kövrələn bizik.

Bura qədər gəldik ötdü ömrümüz,
Oisti ocağın söndü közləri,
Çoxdan sındı aramızda körpümüz,
Taleh öz taxtından saldı bizləri.

İndi sən qəribsən,qərib ölkədə,
Üzünü əllərim isitsin necə ?
Mümkünsüzdü görüşümüz bəlkə də,
Ürəysə inanmır, sevir gizlicə.
...

Xoş mənim halıma, sevmişəm səni...

Maraqsız  ömrümdə  son istəyimsən,
Səni sevmək olub ən gözəl işim,
Son görüşümüzdə yenə  gülümsə,
Təkrar sevim,təzələnsin  vərdişim.

Nə həvəslə sevdik bir birimizi,
Xatirən  bir ömür məncə bəsimdi,
Ayrılıq peşiman etməsin bizi,
Ürəkdən deyirəm,bu iç səsimdi.

Hava da soyuqdu sən də get daha,
Düşünmə tək qoyub gedirsən məni,
Xəyalın özündən bahadır baha,
Xoş mənim halıma, sevmişəm səni.
...

Eşqlər qəlbdə,yük çiyində daşınır...

Ömrün ortasında dolanım biraz,
Ümid edim gələcəyim xoş keçər,
Ötən xatirələr dərmanım olmaz,
Yanımdan yel kimi ötdü sevgilər.

Tükənib üzümün təbəssümləri,
Lal olub sözlərim,qalıb dilimdə,
Unudum kimləri,sevim kimləri?
İndi qərarsızam,deyil əlimdə.

Peşiman olmadım,deyim düzünü,
Ömürdü, hərədə bir cür yaşanır,
Əzəldən belədir həyat qanunu,
Eşqlər qəlbdə,yük çiyində daşınır.

Şərqi


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)