Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
18:03, 05 yanvar 2022
580
0

A. Duqin: Qazaxıstanın qərbyönümlü elitası Avrasiyaçı nizam uğrunda qurban verilməlidir


Qazaxıstan özünün çoxvektorlu siyasətinin bəhrəsini görməkdədir: Qərb, Rusiya, Çin. Burada istənilən qütbün çoxşaxəli təsir əldə etmək cəhdinin qarşısı digər qütbə müraciət edilməsi ilə alınıb. Məhz Nazarbayevin avrasiyaçılıqda ardıcıl olmamasının səbəbi də budur.. Başlanğıcda hər şey necə də yaxşı idi və çox şey vəd edirdi... İndi isə növbəti rəngli inqilab başladı. Hər şey sən demə Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda da çox sevilən Cin Şarpın tezislərinə ciddi əməl etməklə baş verir. Əlbəttə ki, hadisələrin arxasında Bayden və ABŞ durur. Onlar Rusiya üçün Avrasiyada yeni bir cəbhə yaratmağa cəhd edirlər.

Lakin Moskvanın artıq vaxtı yoxdur. “hiyləgər plan” və “birbaşa müdaxiləsiz” tərəfdarları ya satqın çıxdılar, ya da axmaq. Bugün hamı 2014-cü ildə şansımızı qaçırdığımızı və hansı nəticələri əldə etdiyimizi dərk edir.

Stavkalar böyüyüb: “Minskə və ya Nursultana kömək etmək” radikal şəkildə mənasını dəyişib – əgər idarə etməyə davam etmək istəyirsinizsə, onda birmənalı seçim edin. Bizim tərəfə gəlin! Onda biz də gələrik. Həm xilas edərik, həm də kömək edərik. Lakin gəldiyimiz yerdən bir də geri çəkilməyəcəyik.

Biz ruslarıq. Biz yalnız üzbəüz toqquşmada qalib gəlirik – sadə, başa düşülən, güclü jestlərin sayəsində. Bu, belə olub, belədir və belə də olacaq. Postsovet məkanının yenidən inteqrasiyasını yubandırdıqca vəziyyət daha da pisləşməyə doğru gedir. Hərəkətə keçmək vaxtıdır. Qazaxıstanda da həmçinin. Bunun bədəli çoxvektorlu siyasətdən imtina etməkdir. Moskva ilə Çin arasında hardasa balanslaşdırmaq mümkündür. Lakin üçüncü tərəf – Qərb burda açıq-aşkar artıqdır. Qzaxıstanın qərbyönümlü elitası(Rusiyadakı kimi) yeni, Avrasiyaçı nizam uğrunda qurban verilməlidir.

Mənbə: katehon.com
Tərcümə: Cəmil Şirvanov


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)