Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
Cəmil Şirvanov: Dünya çoxdan birqütblü deyil
Cəmil Şirvanov
Putin və Bayden arasındakı telefon danışığından əsas çıxarışlar:
▪️ Prezidentlər söhbətə yaxşı hazırlaşmışdılar. Ona görə də çox ciddi söhbət alınıb;
▪️ Bayden açıq və dəqiq şəkildə bildirib ki, ABŞ Ukraynada hücum-zərbə silahları yerləşdirmək niyyətində deyil;
▪️ Putin Baydenə deyib ki, Rusiya da ABŞ-ın öz təhlükəsizliyini təmin etmək baxımından davrandığını kimi davranacaq;
▪️ Bayden sanksiyaların olacağı barədə xəbərdarlıq edib, Putin isə cavab verib ki, belə olan halda münasibətlərin kəsilməsi baş verəcək;
▪️ Yanvarda Cenevrədə keçiriləcək danışıqlar prezidentlərin şəxsi nəzarəti altında olacaq;
▪️ Bayden bir neçə dəfə nüvə müharibəsinin başlanmasının yolverilməzliyini xüsusi vurğulayıb;
▪️ Liderlər dialoqu Yeni ildən sonra davam etdirmək barədə razılığa gəliblər.
Burdan çıxan nəticə odur ki,
Görüş çox gərgin keçib. Son zamanlar iki ölkə arasındakı münasibətlərin gərginləşməsi prezidentlər arasındakı birbaşa danışıqlara da sirayət etmişdi.
Nato Ukraynaya girməyəcək, Ukrayna da NATO-ya girməyəcək. Ən azından Baydenin iqtidarı dövründə.
Putin Baydenə sərt xəbərdarlıq edib. Rusiya da ABŞ kimi öz təhlükəsizliyini təmin edərkən heç nədən çəkinmədən, qətiyyətli davranacaq. Bu cümlənin arxasında duran mətləblər çoxdur. Lakin bir şey dəqiqdir ki, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün hərbi müdaxilədən belə çəkinməyəcək.
Bayden Putini əslində heç bir mənası olmayan sanksiyalarla yumşaq formada hədələməklə cəhd göstərsə də Putin buna cavabın sərt olacağını, hətta iki ölkə arasındakı münasibətləri tam kəsməyə qədər gedə biləcəyini bildirib.
Açıq mətbuata detallı açıqlanmayan danışıqlar o qədər sərtləşir ki, nüvə müharibəsi məsələsi müzakirə olunur. Baydenin nüvə müharibəsinin yolverilməz olduğunu xüsusi vurğulamasından belə görünür ki, Putin Rusiyanın öz təhlükəsizliyini qorumaqdan ötrü hətta nüvə müharibəsini belə mümkün görür. Putinin bir neçə il əvvəl "Rusiyanın olmadığı bir dünya nəyimizə lazımdırki?" sualını verməsini unutmaq lazım deyil.
Cenevrədə keçiriləcək sammitin liderlərin şəxsi nəzarətində olacağını bir-birilərinə bildirmələri hər iki liderin yaranmış gərginlik zamanı münasibətləri öz şəxsi nəzarətində saxladıqlarının göstəricisidir.
Təcrübəli liderlər dialoqun yeni ildə də davam etdirilməsinin vacibliyini qeyd edərək sağollaşmaları hər iki liderin gərginliyin artmasını arzulamadıqlarını, bacardıqca sakit formada öz maraqlarını təmin etmək istəmələrinin ifadəsidir.
Görünən odur ki, ABŞ Ukraynanın NATO-ya üzvlüyü məsələsinin onun üçün aktual olmadığını bir daha ən yüksək səviyyədə dilə gətirdi. Rusiyanın bir qədər əvvəl rəsmən göndərdiyi ultimatumu kifayət qədər ciddiyə alaraq Rusiya ilə konstruktiv danışıqlar aparmağa cəhd edir. Rusiya isə ultimatumda irəli sürdüyü tələbləri diplomatik üslubda, lakin ən yüksək səviyyədə və sərt formada müdafiə edir.
Dünya çoxdan birqütblü deyil.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin. "İmperiya ərəfəsində". Lukaşenko - antiqlobalist cəbhənin avanqardı
Valeri Korovin. "İmperiya ərəfəsində". Moskva-Tehran strateji oxu
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
AZƏRBAYCANA OSMANLI TƏCAVÜZÜ