Flaş / Cəmiyyət-Mədəniyyət / Publisistika
16:35, 22 dekabr 2021
555
0

Sənət - Gül Təkinin yazısı


Sinifli cəmiyyətdə, siyasi və iqtisadi sistemdə sənət özünüifadə vasitəsidir ən yaxşı halda... (Digər halda isə bilərəkdın və qəsdən, məqsədyönlü şəkildə sənət çılpaq propoqanda aləti kimi istifadə edilir...) Və burjua cəmiyyətinin xüsusi qurumları belə “ifadə şəklinə” yüksək sənət mükafatları təsis edir... Özünüifadə əslində tam olaraq bu sözün əslini ifadə etmir. Belə ki, “özünüifadə” bir kəsimin özünü təqdimetmə şəklidir. 

Sinifli cəmiyyətdə “sənət” hər sinfin sənət metodları ilə öz problemlərini, duyğularını, dünyagörüşünü haqlı və həqiqi olaraq təqdim etməsidir. Məsələn, orta sinfi təmsil edən bir yazıçı doğulandan bəri bütün yaşadıqları ilə bağlı bir dünya təsəvvürünü və o dünynın çərçivələrini mütləq həqiqət kimi qəbul etdirir və sənət vasitələrinə malik olan bu sənətçi tanıdığı dünyanı təqdim edir...

Sosialist cəmiyyətdə sinif yoxdur. Bunu inkar edənlər də var, lakin onlar sosialist dövlətdə baş verən təbəqələşməni sinifləşmə olaraq təqdim edərək vəziyyəti təhrif edirlər. Təbəqləşmə və siniflışmə fərqli kateqoriyalarda izah olunmalıdır. Xüsusi mülkiyyət məhz sinif münasibətlərini formalaşdarın əsasdır. Xüsusi mülkiyyətin olmadığı sosialist cəmiyyətdə isə dövlətin özündən doğan mərkəzi ierarxiyanın xarakterinə uyğun təbəqələşmə yaranır... İstər kapitalist, istər sosialist dövlətdə ierarxiya və bilavasitə təbəqələşmə vardır, lakin sinifləşmə məhz kapitalist dövlətə, kapitalist sistemə xasdır...

Və hansı təbəqədən olursa-olsun sosialist sistemdə məqsədlər və amallar ümumi olduğu və bilavasitə məhz sənətin öz amallarına xidmətdən (hər şey insan və insanlıq üçün, insanı aliləşdirmək, elmi əsaslardan yayınmamaq və s. kimi təməl vəzifələrdən) yayınmaq zərururəti daşımadığı, sənət vasitələri də xüsusi mülkiyyətə tabe olmadığı üçün sosialist sənət hər zaman “burjua sənət” damğası daşınılmayan tamam başqa bir müstəvidə mövcud olur... Və əksinə kapitalist sistemdə sənət vasitələri amallar, məqsədlər kimi ümumi olmadığı üçün burjua sənəti aid olduğu və təmsil etdiyi kəsimləri, sinfi tərənnüm edir, o sinfin maraqlarını və dünyagörüşünü təmsil edir.

Kapitalist sistemdə sənət vasitələri maddi baza olaraq əsasən orta və üst sinfə məxsus olduğu üçün sənət kimi, ali məqsd kimi, ali yaradıcılıq və ən yaxşı, ən düzgün və mütləq həqiqət olaraq orta və üst sinfin dünyagörüşü təqdim olunur... Və daima bar-bar bağırılan demokratiklışə propoqandalarına baxmayaraq, heç bir halda o vasitələrə sahib olmayan “aşağı” təbəqə orta və üst sinfin ali dünyagörüşünə “məruz qalır” və onların həqiqiətlərini öz reallığı olaraq qəbul edir... Bu illuziyanı yaradan məqsədlər kapitaist sitemin öz oxu ətrfında dönüşünün daimiliyini təmin edir...

Burjua sənətinin “mılnaya opera” kimi ən primitiv sənətindən tutmuş, “festivallara gedən” ən ali sənətinə qədər bütün burjua sənət nümunələri qəsdən və ya kortabii olaraq ”life-style” – orta və üst sinif həyat tərzi təqdim edir, böyük və ya kiçik kütlələrə orta və üst sinfin həqiqətlərini, yaşam biçimini təlqin edir. Sanki dünya elə bu qədər, buraya kimi və ancaq bu cürmüş kimi...

Əslində əməkçi sinfin novatorluğu ilə irəliləmiş və təkamül keçirmiş tarix burjua sənətinin bu “populyar kültür” və ya sənət adlandırılıan sənət imitasiyaları ilə boğulmağa çalışılır və bununla da istismar və təhkimçi sistemin davamlılığına şərait təmin olunur.

2019

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)