Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region
13:43, 16 dekabr 2021
497
0

Overçuk: Azərbaycan müşahidəçi qismində daha çox faydalanacaq


Rusiya Federasiyasının baş nazirinin müvavini Leksey Overçuk Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu Azərbaycana əməkdaşlıqdan daha çox faydalanmaq imkanı yaradacağını deyib.

Onun sözlərinə görə, Azərbaycanın Təşkilatda müşahidəçi statusunda olması onun təşkiların orqanlarının işində iştirak etməsinə, bütün sənədləri əldə etməsinə, bir sözlə,  təşkilatın necə işlədiyini görmək imkanının olmasına gətirib çıxaracaq.

“Əlbəttə ki, nə qədər çox bilsən, bu əməkdaşlıqdan bir o qədər də çox faydalanmaq imkanı əldə edirsən” – deyə Overçuk əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxıstanın ilk prezidenti, Avrasiya Birliyinin fəxri sədri Nursultan Nazarbayev də Təşkilatın sammitində Azərbaycana müşahidəçi statusunun verilməsini təklif etmişdi.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)