Flaş / Gündəm / Cəmiyyət-Elm / Publisistika
14:56, 14 dekabr 2021
534
0

Manipulyasiya edildiyini düşünmək xoşagəlməzdir - Namidin yazısı


Dünən uzun aradan sonra "Matrix" filminin birinci hissəsinə baxmağa qərara gəldim. 
Film başladığı ilk andan içimdə nostalji hisslərlə bərabər qorxu və narahatlıq hissini də oyatmış oldu. Bu barədə az sonra danışacam. Öncəliklə oyatdığı nostaljik hissdən danışım.

10 yaşım olardı, 99-cu ildə çıxan film bir il sonra şəhərimizin tək-tük VHS kasset kirayə verən obyektlərində tapmaq olardı. Üç ay öncədən yığmağa başladığım 5 "məmmədi" və Mamanın köhnə sovet pasportunu qoyub VHS kaseti iki günlüyünə kirayə götürmüşdüm. O vaxt JVC videokasset playerimiz var idi. Arada açıb "qalofkasını" spirtlə təmizlədiyim. O video playerin başına nə oyunlar açdığım bugünki kimi yadımdadır))). Adama deyərlər "10 yaşlı uşağsan da, bax nə başa düşürsən, gedib kaset zad götürürsən?!".  Əslində başa düşdüyüm o vaxt üçün kult olan Rembonun, Van Damın, Arnoldun gözümün qabağında Neo ilə əvəzlənməsi idi. Əsrarəngiz döyüş səhnələri, göz oxşayan qrafikası - İLK DƏFƏ MƏN VİZUAL QRAFİKAYA BURDA VURULDUM DESƏM SƏHV ETMƏRƏM - günü bu gün belə adama “VAUU” dedizdirən kateqoriyadandır. Və illər sonra anladığım fəlsəfəsi bu gün belə aktuallığını itirməyib.

Filmin məndə yaratdığı qorxu və narahatlıq hissindən də danışmaq istəyirəm:
Yəqin ki, bir vaxtlar “Matrix”-ə baxan hər kəs öz-özünə belə bir sual verib: “Bəlkə mənim həyatım doğrudan da bir yuxudur? VİRTUAL YUXU!!!. Bəlkə reallıqda mənim başıma gələn hər şey əslində yaşamadıqlarımdır?!" Bu suallara müsbət cavabın olması ehtimalı belə məni çox narahat edirdi və vahiməyə salırdı.

Dünən filmə yenidən baxmağım mənə həyatım boyu dəfələrlə bu dünyada nəyinsə səhv getdiyini düşündürən qeyri-müəyyən hisslərlə qarşılaşdığım anları xatırlatdı.

Film 99-cu ildə çıxanda dünya Veb 2.0-a keçidə hazırlaşırdı. 
Veb 2.0 nədir?  Hal-hazırda yaşadığımız sosial şəbəkələrin, mobil applikasiyaların bir sözlə bir neçə korporasiyanın əlində olan datalarımızın idarə olunduğu dövrdür. 
Dünyamız isə Veb 3.0-a keçid dövrünü yaşayır. Veb 3.0 dövrü isə İnternetdən istifadənin və qarşılıqlı əlaqələrin evolusiyasının nəticəsidir.
Yəni Veb 2.0 dövrünün əvvəlində avatarını belə paylaşmağa qorxan dünənki "Ayka_Milashka" bu gün 100K-nı evinin içinə kimi salır(soxur) canlısında.
Və yeni bir keçid dövründə Matrix - Oyanış 4cü hissəsi elan olunur. Bunlar hamısı bu qədər təsadüf ola bilməz, NEO!

Fikirlərimi filmdən olan bu dialoqla bitirmək istəyirəm.
–Sən taleyə inanırsan, Neo?
–Yox.
–Niyə?
–Manipulyasiya edildiyini düşünmək xoşagəlməzdir.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)