Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
09:46, 09 dekabr 2021
477
0

Mariya Zaxarova: ABŞ beynəlxalq hüquq sistemini məhv etməyə çalışır


ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bəyan edib ki, “İkinci Dünya Müharibəsindən sonra yaranmış, Başında BMT-nin durduğu hazırki beynəlxalq münasibətlər sistemi artıq keçmişə çevrilməkdədir”.

Bununla bərabər o etiraf etmişdir ki, onun ölkəsi yaranmış olan münasibətlər sistemini  Vaşinqtonun xeyrinə,  yeni “alyanslar, əməkdaşlıq təşkilatları və institutlar” yaratmaq üsulu ilə yenidən formalaşdırmağa cəhd edir.

Bəli, bizim illərdir dediklərimizi axır ki, öz dilləri ilə etiraf etdilər. Biz deyirdik ki, ABŞ özünə komfort zonası yaradıb orda təkbaşına dominantlıq etmək naminə BMT-nin əsas rol oynadığı, Beynəlxaq hüquqa əsaslanan beynəlxalq münasibətlər sistemini dağıtmağa çalışır. Məhz buna görə “demokratiya sammiti” adı altında tədbir təşkil edib ora topladıqlarınına Amerikanın maraqlarına xidmət etmək kimi “şərəfli” bir vəzifəni həvalə edəcək.

Ceyk Sallivanın bəyanatını müxtəlif cür qiymətləndirmək olar. “Kibirli” olmaqdan tutmuş, ”soyuqqanlı”ya qədər. Lakin bir şey dəqiqdir – o “səmimidir”. Xeyli müddətdən sonra şeylər öz adı ilə çağırılmağa başlandı.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)