Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region
23:14, 08 dekabr 2021
574
0

Mehrabiyan: İran öz elektrik şəbəkəsini Azərbaycan və Rusiya elektrik şəbəkəsinə birləşdirməyə hazırdır.


İran öz elektrik şəbəkəsini Azərbaycan və Rusiya elektrik şəbəkəsinə birləşdirməyə hazırdır.

Demotiya.com xəbər verir ki, bunu İran İslam Respublikasının Energetika naziri Əli Əkbər Mehrabiyan bəyan edib.

Nazir Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadı ilə Tehrandakı görüşündə bildirib ki, rəsmi Tehran Bakı ilə su-elektrik əlaqələrinin genişləndirilməsinə hazırdır. Onun sözlərinə görə, İran artıq Azərbaycan, İran və Rusiya enerji sisteminin sinxronizasiyası tədqiqat layihəsini başa çatdırmışdır.

Qeyd edək ki, bir neçə ay əvvəl Rusiya, Azərbaycan və İran elektrik şəbəkəsinin birləşdirilməsi barədə razılığın əldə edilməsi, bu ideya ilə bağlı 2015-ci ildən bəri xüsusi komissiyanın yaradılmasını, şəbəkələrin yaxın zamanlarda birləşdiriləcəyi barədə xəbər vermişdik.
 

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)