Flaş / Gündəm / Azərbaycan / Publisistika
09:44, 08 dekabr 2021
548
0

Məgər Azərbaycan bölməsində oxuyanların hamısı müdriklik saçıb özlərini xalq-vətən uğrunda fəda edirlər?!


Abdulla Akan İsmayıl

Bu gün "kouç", "gənc intelektual", "müxalifətçi", "milliyətçi", "milli demokrat", "dilçi", "dil qorucuları", "cəbhəçi"  və s. adlarla peyda olan göbələklər kanalizasiya axıntıları qədərdir.

Bu gün dostluğumda olanlardan daha birinin maskası cırıldı. Adam oturub Azərbaycan dilinin dominantlığından dəm vurur. Hələ latın dili ilə latın qrafikalı əlifbanı ayırd edə bilmir. 11 il məktəb, 4 il universitet oxuyasan (təbii ki vaxt keçirib), "kouçluq" (təbii ki adam özü-özünə kouç deməklə kouç olunmur) edəsən - SSRİ ilə Rusiyanı eyni biləsən. Da eyni idisə, rus olmayanlar böyük Pyotrun qurub çiçəkləndirdiyi Rusiya İmperiyasını niyə rüsvayca süqut etdirdilər? Eyniydisə da 10-17 milyon arası rus niyə qanına qəltan edildi, 2 milyondan çox rus mühacirətə üz tutdu?! Bundan böyük faciə budur ki, hələ dilini, tarixini bilməyən, ümumi dünyagörüş sarıdan kal olan ikiayaqlılar durub "kouç"luq edir.

Hələ bu azmış kimi obyektiv, faktlara əsaslanan şərhlər yazaraq qeyd edəndə ki, problem rus sektorlarının çox olmasında deyil, problem bizim öz dilimizi bilməməyimiz, onun uğrunda mübarizə aparıb üstün tutmamağımızdadır. Məgər Axundov, Zərdabi, Nərimanov, Rəsulzadə, Üzeyir Hacıbəyov, Niyazi, Mustafa Topçubaşov, Yusif Məmmədəliyev, Heydər Əliyev, İlham Əliyev və adlarını çəkmədiyim yüzlərlə tarixi şəxsiyyətləri rus dilində təhsil alıb ömürlərini xalqın maariflənməsi, aydınlığa çıxması üçün çalışmayıblarmı?! Məgər bu gün rus sektorunda oxumaq ruslaşmaq anlamınamı gəlir, yoxsa Azərbaycan bölməsində oxuyanların hamısı müdriklik saçıb özlərini xalq-vətən uğrunda fəda edir?!

Özü şeyşünas olan ikiayaqlı və özü kimi naqis ardıcıllarına elmi faktlarla dəlil-sübut gətirəndə aliment tələb edən xoruzlar kimi başqalarını istehzalı, aşağılayıcı ifadə olan "Kitab oxuyanlar özlərini hərşeyşünas hesab edir" adlandırır. Ardınca da riyakarlığını, qanmazlığını, cahilliyini nümayiş etdirərək şərh bölməsini bağlayır. Əlbəttə başı əvəzinə başqa yeri ilə fikir bildirən populist tör-töküntülərin başqa nə bacarığı olasıdır ki?!
Bəli, kitab oxumaq hərşeyşünas olmaq deyil, hər şeyi bilmək də deyil. Amma ən azından özünə hörmət edən, mənliyi, şəxsiyyəti, savadı və obyektivliyi olan şəxslər sizin kimi tör-töküntü şeyşünaslar kimi başları girmədiyi yerə vücudlarını soxub populizm, avantüra sürtüklüyü etmir.
Rus sektorları bağlanmalıdır deyə bu cür ulayanların mənəvi pəhrizdə olanlarını hələ görmədik ki, ölkə vətəndaşları içərisində aidiyatı olmayan yerdə durub rusca danışanda, mağazaya, dövlət idarələrinə, kafe-restoranlara yaxınlaşıb rusca müraciət edənləri yerindəcə qınasın, onun ağzından vurub dövlət dilinə hörmət etməyi tələb etsin. Əksinə özünü "savadlı", "müasir" göstərmək üçün rusca da-neti güclə bildiyi halda gücənə-gücənə rusca qırıldatmağa başlayacaq. Qayıdıb o zaman belə şəxsiyyətsizlərin, şərəfsizlərin sifətinə tüpürüb layiq olduğu bütün sözləri boşaldıb deyəsən ki, bəs nə oldu dilimizi qorumaq, dilimizə hörmət?!

Rəhmətlik Hikmət Hacızadənin gözəl bir ifadəsi yada düşür: "Ölkədə 7-8 % intellektli məktəblər, həqiqi savad, dünyagörüş verən rus məktəbləri var - onu da bağlatdırın. Çox ağ günə çıxıb geriyə təkamül edəcəyik".

Azərbaycanda rus sektorunun çoxluğu faciə deyil, faciə odur ki, öz dilindən, tarixindən, mədəniyyətindən, dünənindən-bugünündən kal olan milyonlarla qafillər, cahillər, nadanlar var. Bir ölkədə ki adam filoloq ola-ola Azərbaycanın yazı dillərindən olmuş dillərinə kiril, latın, ərəb dili deyirsə faciə-fəlakət budur. Bir ölkədə ki bu qədər şərəfsiz, hətta fahişə ruhlu müəllimlər, dosentlər, professorlar, akademiklər varsa, özü də bunların çoxu Rus sektoru yox, Azərbaycan sektoru oxumuş tör-töküntülərdirsə bunun günahı rus dilində, rus sektorunda, Rusiyada deyil. Siz şərəfsizlərin, populistlərin, alçaqların dilə-tarixə-mədəniyyətə dəyər verməyib altını doldurmağında, pulla-tapşırıqlar titullar alıb, sonra da insanları manqurdlaşdırmasındadır.

19-20-ci əsrlər rus məktəblərundə oxuyan axundovlar, nərimanovlar, zərdabilər çıxırdı, 21-ci əsrdə rus sektorunda oxumaq ruslaşmaq oldu?! 
Bu gün rus sektorlarını bağlamaq yox, həmin sektorlarda Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, musiqisinin, mədəniyyətinin tədrisi dominantlıq etməlidir. Rus dilində Azərbaycanın keçmişi və bugünü düzgün çatdırılarsa rus dili təhlükə yox, əlverişli silahdır. Bu silahı yetəri qədər şəxsiyyətimiz bizim xeyrimizə, düşmənlərin əleyhinə yönəldə bilib, bu gündə yönəldənlər var.

Məgər 71 illk Azərbaycan SSR dönəmində Nizami, Vaqif, Füzuli, Məhsəti, Xəqani və yüzlərlə başqa klassiklərimiz haqqında monoqrafiyalar yazıb xalqı agah edərək həmin şəxsiyyətlərimizi bizə qazandıranlar rus sektorunu oxuyanlar deyildimi?! Yoxsa bu xidmətləri mollaxanalarda əlif-zəbər-tə mələyənlər edib?!

Axundovdan Səməd Vurğuna, Səməd Vurğundan Çingiz Abdullayevə qədər olan ədiblərimizin, siyasi xadimlərimizin, incəsənət xadimlərimizin demək olar hamısı rus məktəblərində və ya rus dilində təhsil alan şəxslər idi.

Bugün belə ulayanlar, rus sektorlarının bağlanmasına tən edənlər ya bisavadlığından utandığından, ya saxta vətənpərvərliklə populizm, ya da ölkədə araqarışdırmaq xülyasından dolayı vaxt-aşırı bayquşluq edənlərdir.

30 il əvvəl tribunaya turbina, dostoyevskiyə dolmayevski deyən, iki beçənin dənini səpə bilməyən durub "ayəəə biz bayrağımızı nəinki Təvrizə, hətta Pekinə sancıf böyük Turan qurajıx" deyə ulayıb da, Qarabağda alqı-satqı edib kreslolar uğrunda Vətəni qumara qoyanda onların gətirdiyi "müstəqillik" də özləri kimi milli manqurtların at ilxısı, köpək sürüsü, kanalizasiya axıntıları ilə müşayiət olunmalıydı!


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)