Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
Rusiya və Hindistan dollardan imtina etdilər
Rusiya və Hindistan qarşılıqlı hesablaşmalarda dollardan imtina ediblər, bütün ödənişlər rubl və rupi ilə həyata keçirilir.
Dermotiya.com xəbər verir ki, bu barədə "Rosoboroneksport"un baş direktoru Aleksandr Mixeyev çərşənbə axşamı Hindistanda jurnalistlərə bildirib.
"Ənənəyə görə, biz hesablamanın rahatlığı üçün bütün əməliyyatları dollarla adlandırırıq. Real işdə "Rosoboroneksport", demək olar ki, praktiki olaraq 100% ABŞ valyutası ilə hesablaşmalardan uzaqlaşıb. Hindistana gəlincə, bütün qarşılıqlı hesablaşmalar rubl və rupi ilə həyata keçirilir. Bundan əlavə, biz bu gün imzalanan müqavilə sənədlərində mövcud olan ofset layihələrini fəal şəkildə tətbiq edirik. Bu, dünya bazarındakı tendensiyalardan biri olaraq normal müasir təcrübədir", - Mixeyev qeyd edib.
"Belə yanaşma ilə biz tərəfdaşlarımız qarşısında müqavilə öhdəliklərimizi yerinə yetirərkən ödənişlərdə gecikmə riski yaranmır", - Mixeyev söyləyib.
Mövzu linkləri: