Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
12:11, 14 noyabr 2021
485
0

Rusiya Hindistana "S-400" HHM sistemlərinin tədarükünə başlayıb




Bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev məlumat verib.

"Hindistan üçün "S-400" hava hücumundan müdafiə sistemi üçün avadanlığın tədarükünə başlanılıb və qrafik üzrə davam etdirilir".

Rusiya və Hindistan "S-400" sistemlərinin tədarükünə dair müqaviləni 2018-ci ilin oktyabrında imzalayıb. Əvvəllər bildirildiyi kimi, beş alay sistemi Dehliyə 5,43 milyard dollara başa gələcək. Hindistan bu komplekslərin Çin və Türkiyədən sonra üçüncü xarici alıcısı olub.

Bundan sonra ABŞ "S-400" sistemlərinin potensial alıcılarını sanksiyalarla hədələyərək, bu razılaşmaya fəal şəkildə qarşı çıxıb. “Ümid edirik ki, bu addım bizim niyyətlərimizin ciddiliyini göstərəcək və ola bilsin ki, başqalarını Rusiyanın müdafiə və kəşfiyyat sektorları ilə qarşılıqlı əlaqə haqqında iki dəfə düşünməyə vadar edəcək”, - deyə Amerika administrasiyasının sözçüsü bildirmişdi.

"S-400" "Triumf" zenit-raket sistemi ("NATO"da adı: "SA-21" "Growler") 2000-ci illərin əvvəllərində hazırlanmış və 2007-ci ildə Rusiya ordusu tərəfindən qəbul edilmiş, bundan sonra dəfələrlə modernləşdirilmişdir.

"S-400" bütün hava hücumu silahları, o cümlədən təyyarələr, ballistik raketlər və hipersəs hədəflər ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Hava hücumundan müdafiə raket sisteminin hədəfi vurma məsafəsi 250 km-ə qədər, hündürlüyü 25 km-ə qədərdir.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)