Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Region
21:10, 30 sentyabr 2021
495
0

Rusiya və Pakistan hərbçilərinin birgə təlimləri keçirildi - FOTO, VİDEO


Rusiyanın Krasnodar vilayətində Rusiya və Pakistan hərbçilərinin birgə təlimləri keçirilib.

Təlimlər gedişatında iki ölkə hərbçilərinin ümumi düşmənə qarşı birgə döyüş ssenariləri, maddi-texniki təminatın təşkili, şəxsi heyətin yerləşdirilməsi və qidalanması məsələləri razılaşdırılıb.

Bundan başqa tərəflər antiterror əməliyyatlarının aparılması, kəşfiyyat-axtarış işləri və pusqu qurulması tapşırıqlarını yerinə yetiriblər, qanunsuz silahlı birləşmələrə qarşı mübarizədə qazandıqları təcrübələrini bir-birləri ilə bölüşüblər.

Onlar yaşayış məntəqəsinə və obyektə bölük halında hücum taktiki məşğələsini həyata keçiriblər. Pakistan xüsusi təyinatlıları Rusiyanın minaların təmizlənməsi üçün yeni istehsal etdiyi “Uran-6” robot-texnik kompleksindən istifadə etməyi öyrəniblər. O cümlədən onlar rus həmkarlarının mühəndis maneələri qurmaq, ərazini minalamaq və minalı sahəni adlamaq bacarıqları ilə tanış olublar.

“Drujba-2021” adı almış bu təlimlər Krasnodar vilayətinin Molkino poliqonunda keçirilib.

Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirmişlər ki, “birgə hərbi təlimlər iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsinə və inkişafına yönəlmişdir”.

Xatırladaq ki, bu artıq iki ölkə arasında keçirilən 6-cı hərbi təlimdir. İlk birgə təlim 2016-cı ildə keçirilmişdir.

Mənbə: Avrasiya.info















Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)