Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Analitika
11:36, 16 sentyabr 2021
489
0

Paşinyanın bütün oyunları bölgədə Rusiyanın təsir imkanlarını zəiflətmək, onun nüfuz dairəsini daraltmaq üçün düşünülmüşdü


Elşən Manafov

Azərbaycanda qərbyönumlu siyasi quvvələr Ermənistanın indiki iqtidarını əvvəlki ilə muqayisə edərək paralellər aparır, Köçəryan və ya Sarkisyanla muqayisədə Paşinyani az qala sulh göyərçini kimi təqdim etməyə çalışırlar. Məqsad bəllidir, anqlosaksakslardan aldıqları maliyyə dəstəyi və tapşırıqlara rəgmən başlanmış savaşa görə Paşinyanın, əslində isə onun Qərbdəki havadarlarının bölgə ilə bagli istək və maraqlarının əsl mahiyyəti barədə Azərbaycan ictimaiyyətində gerçəkliklərdən uzaq informasiyanın formalaşdırılmasına nail olmaq.

Bu qərbpərəstlər ciddi cəhdlə Köcəryanlarin deyil, məhz Paşinyanın "Qarabag Ermənistandır" kəlamını unutdurmağa çalışırlar ki, bu iddiaya Azərbaycan prezidenti özunə məxsus ötkəmlik və siyasi iradə ilə "Qarabag Azərbaycandır" və nida! ifadəsi ilə cavab verdi. Məhz Paşinyan sərxoş vəziyyətdə Şuşada cıdır duzundə yallı gedərək xalqımızın milli hisslərini təhqir etməyə çalışmış və bununla bagli layiq oldugu cavabı yenə Azərbaycanın dövlət başçisindan "Nə oldu Paşinyan" ifadəsi ilə almışdı. Məhz Paşinyan Şuşada uzdəniraq separatçı reyimin parlament binasının ucaldılması barədə göstəriş vermiş, butun beynəlxalq qanunlara məhəl qoymayaraq Ermənistan dövlətinin TŞ nin iclaslarını Azərbaycana məxsus Xankəndində keçirirdi. Lakin kuçədən gəlmiş siyasətçi olaraq Paşinyanın səhvi ondan ibarət idi ki, o Qərbdə cızılmış ssenarilərə uygun olaraq Azərbaycanla munasibətlərdə gərginliyi artırmaq məqsədilə ölkəsinin təhlukəsizliyinin əsas qarantı olan Rusiyanın bu məsələdə razılığını almadan hərəkət edirdi, bu da anlaşılandır, zira butun bu oyun bölgədə Rusiyanın təsir imkanlarını zəiflətmək, onun nüfuz dairəsini daraltmaq üçün düşünülmüşdü. Azərbaycanı bu savaşda tək qoymamaq ucun anqlo sakslar Turkiyə və Pakistani da bu geosiyasi səciyyə daşıyan layihəyə qoşulmağa sövq edə bildilər, zira bu ölkələrin Azərbaycanın yanında olmaları etnik, dini, mədəni, humanitar, tarixi reallıqlar konteksində izah edilən və anlaşılan olsa da, Britaniyanın bu oyunda "əbədi dostlar deyil, əbədi maraqlar ampluasında çıxış etməsi şübhə doğurmurdu.

Bulanıq suda balıq tutmaq istəyi isə bölgədə Turkiyə və Pakistani Rusiyaya qarşı qoymaqla zamaninda Bzejinski, Kissincer tərəfindən cızıllmış layihəni gerçəkləşdirmək idi. Lakin bir il əvvəl də dediyimiz kimi Azərbaycan prezidentinin siyasi uzaqgörənliyi və müdrikliyi nəticəsində burada Suriyada tətbiq edilən və yalnız Rusiya və İranın işə qarışması nəticəsində gerçəkləşməsi mumkun olmayan siyasətin önunə sipəri İ. Əliyev özu çəkdi.

Tərəflərin bölgəki maraqlarını nəzərə alan, onların arasındakı ziddiyyətlərdən məharətlə istifadə edən prezident Əliyev Azərbaycana dost və qardaş ölkə olan Turkiyənin strateji partnyorumuz olan Rusiya ilə qarşıdurmasına nəinki imkan vermədi, əksinə onların arasindaki munasibətlərin keyfiyyətcə yeni mərhələsinə qalxmasına tohvəsini vermiş oldu ki, məhz bunun sayəsində əvvəlcə Moskva razılaşması, sonra isə Şuşa bəyannaməsi əldə edilmiş oldu.

Prezidentin özunun Şuşa bəyannaməsini 1921 ci ilin Moskva və Qars muqavilələri ilə muqayisə etməsi bu mənada təsadüfi sayıla bilməz. Məlum quvvələri isə cəhdləri "stəkanda fırtına" yaratmaqdan o yana adlaya bilmədi. Məqsədimiz bu yazı ilə bölgədə geosiyasi nufuz dairəsi ugrunda savaşın yeni mərhələyə keçməsi ilə bagli reallıqlara diqqəti yönəltməkdir. Paşinyan Qərbin muəyyən etdiyi oyunda öturucu qayiş rolunda çıxış edir və bu mənada Moskvanın ona deyil, öz vassalı sayılan Köçəryana etibar etməsi anlaşılandır. Belə murəkkəb bir şəraitdə siyasi avantüraya uymamaq siyasətlə məşgul olan dairələr ucun prioritet əhəmiyyət kəsb edir.

Paşinyani göyərçin, Köçəryana isə qırğı kimi təqdim etmək məlum siyasi dairələrin konyunktur maraqları baxımından anlaşılan olsa da milli Təhlukəsizlik maraqları baxımından daha ehtiyatlı və təmkinli qərarların qəbul edilməsini labud edir. Paşinyan bu gun iqtidarda olan siyasi xadimdir və Ermənistanla normal munasibətlərin, hətta böyuk sulh sazişinin şərtlərinin muəyyən edilməsində onun rolu və imkanları danılmazdır. Lakin Ermənistanda ona olan etimad qısa zaman ərzində səngiyə bilər, hətta yeni siyasi quvvələr də meydana çıxa bilər, nəzərə alınsa ki, böyuk siyasəti böyuk pullar muəyyən edir, Qərbdə və Rusiyada isə bu pulları ayırmağa hazır olan quvvələr var, bu halda tərəflərin artdigi hər bir addım izlənilməsi, təhlil edilməli, millətin və dövlətimizin milli Təhlukəsizlik maraqları naminə adekvat qərarlar qəbul edilməli, özu də ikili deyil, xaricdəki quvvələri dəyirmanına su tökməklə deyil, geosiyasi reallıqları nəzərə almaq şərtilə.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)