Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika
"Taliban" İranın dəstəyini ala biləcək? - Analiz
"Taliban" hərəkatının Əfqanıstanda iqtidarı ələ keçirməsindən sonra taliblər qonşu ölkələrlə sıx əlaqələr qurmağa başlayıb. "Taliban"ın özünə hədəf deyil, dost ölkə seçdiyi qonşulardan başlıcası da İran İslam Respublikasıdır. "Taliban"a qədər Əfqanıstan hökuməti ilə strateji əlaqələri isti olmayan İran bundan sonrakı dövrdə taliblərlə sıx əməkdaşlığa ümid edir.
İranın Gömrük İdarəsinin mətbuat katibi Seyid Ruhullah Lətifi ötən həftə İran-Əfqanıstan ticarət əlaqələri barədə açıqlama verib. O bildirib ki, son bir ay ərzində yavaşlayan İran və Əfqanıstan arasındakı ticarət əlaqələri normal vəziyyətə qayıdıb: "Əfqanıstanda baş verənlərlə əlaqədar tacirlər ixrac mallarının miqdarını bir qədər azaltmaq qərarına gəlmişdilər, lakin son vaxtlar Əfqanıstanla üç sərhəd qapımızdan ixracat yenidən artıb və normallaşıb".
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, "Taliban" Əfqanıstana üz tutmaq istəyən İran vətəndaşlarına viza veriləcəyini bəyan edib. İslamqala sərhəd qapısı vasitəsilə Əfqanıstana səfər edəcək İran vətəndaşlarına elə sərhəddəcə viza veriləcək. "Taliban"ın İranla bağlı qəbul etdiyi növbəti müsbət qərar bu oldu ki, ölkə ərazisində yaşayan şiə vətəndaşlara Aşura məclislərini keçirməyə şərait yaradıldı və hətta bu məsələdə təhlükəsizlik təmin olundu.
İranın Ali rəhbəri Seyid Əli Xamenei də ABŞ-ın Əfqanıstandan utancverici çıxışı, əfqan tərəfdarlarının ölkədən daha pis vəziyyətdə olan bölgələrə köçürülməsinə toxunub və İranın Əfqanıstanla bağlı mövqeyini açıqlayıb: "İslam Respublikası Əfqanıstan xalqının tərəfindədir. Ona görə ki, hökumətlər bundan öncə olduğu kimi gəlib gedirlər, lakin Əfqanıstan xalqı həmişə qalır. İranın hökumətlərlə münasibəti də həmin hökumətlərin İrana qarşı münasibətindən asıldır. Allahdan Əfqanıstan xalqı üçün bu vəziyyətdən nicat və xeyir-bərəkət diləyirəm".
Ali rəhbərin açıqlamasından göründüyü kimi, Əfqanıstanda hakimiyyətə gələn "Taliban"ın qurduğu hökumətin uzun ömürlülüyü onun yürüdəcəyi siyasət, qonşu ölkələrlə əməkdaşlıq prinsipləri və bölgədə imperalizm əleyhinə yaradılan müqavimətə dəstəyindən asılı olacaq. İranla sıx əməkdaşlıq Əfqanıstanın yeni hakimiyyətinə iqtisadi, siyasi və hərbi məsələrlə böyük üstünlük verəcək ki, bunun nəticəsində Əfqanıstan xalqının sosial rifahı və yaşayış səviyyəsi yaxşılaşacaq.
Əli Xəzəri
eastnews.org
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Cəmil Şirvanov: Əfqanlar artıq müharibədən beziblər
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Qeyri-mümkün missiya? Türkiyənin Əfqanıstan “həmləsi”: Risklər, gözləntilər, üstünlüklər və əngəllər