Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika
Əfqanıstandakı vəziyyət haqqında tezislər. 2-ci hissə.
Anqlosakslar baş verən hadisələrin təsiri altında tərk etməyə məcbur olduqları koloniyalardan çıxarkən orda bir növ “əlfəcin” qoyurlar ki, bu da həmin ölkələrin konfliktlərini daim alovlandırır, münaqişəsiz, normal inkişafına imkan vermir. Əfqanıstan üçün belə bir “əlfəcin” rolunu Talibanın puştunları ilə “Şimal alyansının” tacikləri arasındakı konflikt oynayır.
Hələ sonunculara özbəkləri də əlavə etmək olar. Bu münaqişəni alovlandırmaq üçün tacikləri və özbəkləri inandırmaq lazımdır ki, Talibanın bütün ölkəyə nəzarət edəcəyi təqdirdə ölkədə “qaçılmaz” etnik təmizləmə baş verəcək və bu etnik təmizləməni birbaşa Taliban özü həyata keçirəcək.
Kiçik Məsudun beyninə yeridiblər ki, Taliban Pəncşirə daxil olan kimi bu dərənin bütün əhalisinin başını kəsərək kütləvi soyqırım həyata keçirəcək. Aslan balasının atası Əhməd Şah məsudla döyüşən ruslar nəinki bunu etməmişdi, hətta bu onların ağlının ucundan belə keçmirdi. Lakin belə şeylər Taliban üçün adi şeylərdən biridir.
Bura həm də Pəncşirin rifah halı yaxşı olan əyalət olması barədə gəzən söz-sözhbətlər də az təsir etmir. Müharibə uzun illər bu ərazidən yan keçib, dağıntı və insan itkisinə çox az məruz qalıb. Deməli, bu zona Pakistan və Əfqanıstan puştunlarının köçürülməsi üçün də çox cəlbedici yerdir. Pəncşirin yerli əhalisinin heç də həsəd aparılası olmayan bir seçimi var: ya ölmək, ya da öz evlərini yeni sahibləri üçün tərk edib Tacikistanın daha kasıb yerlərinə köç etmək. Məhz buna görə də Əhməd Məsudun tərəfdarları belə şücaətlə döyüşürlər. Axı Qərb tərəfindən onların beyninə yeridilib ki, onlar ölüm-dirim məsələsi uğrunda savaşırlar?
Məsudun müqavimətini başqa cür də izah etmək olardı. Məsələn, Məsudun Talibana alternativ olan layihəsi var, onun arxasında digərləri durur, məsələn ruslar. Lakin biz bunun belə olmadığını görürük. Müqavimət göstərdiyi zaman ona nə ruslar, nə də Qərb kömək etmədi. O hər kəsə ağız açsa da, hətta “dünya birliyinə” səslənsə də onu eşidən olmadı.
Yenidən qüvvətlənən “Şimal alyansının” gücünü dəyərləndirdikdə bariz şəkildə gözümüzə girən bir fakt vardır ki, Şimal alyansının liderlərindən biri Əfqanıstanın keçmiş vitse-prezidenti Əmrullah Salehdir. O, Əşrəf Qəninin təyyarə dolu pul ilə ölkədən qaçmasından sonra özünü ölkənin qanuni lideri elan etdi. Burada xatırlatmaq da yerinə düşər ki, Əşrəf Qəni də vaxtilə Əfqanıstana ABŞ-dan ixrac edilmişdi.
Əgər Talibanın da Amerikanın tonlarla silah-sursat bağışladığı əlaltısı olduğunu təsdiq edən politoloqların sözünə diqqət etsək həm Talibanın, həm də Şimal alyansının arxasında eyni geopolitik subyektin – ABŞ-ın durduğu qənaətinə gələrik. Belə fikirlər heç də əsassız deyil. Əslində amerikanlar ölkəni Talibana könüllü surətdə verdilər. Bununla da amerikanlar Talibanı tamamilə danışıq aparmaq və razılıq əldə edə bilmək qabiliyyətli, anlaqlı bir subyekt kimi təsdiq etdilər(Talibanın onların sakitcə çıxıb getməsinə icazə verəcəklərinə inandılar). Hətta Ağ ev indiki taliblərin 2001-ci ildəki “terrorçu taliban”dan fərqli, “tamamilə başqa” cür olduqlarını bəyan etdi. Əgər bu belədirsə, onda bu ABŞ-ın Əfqanıstanda Taliban puştunları ilə Şimal tacikləri arasında münaqişəni körükləməklə Əfqanıstanda süni surətdə daim qanayan yara açmaqla ölkənin illərlə zəiflədilməsi və inkişaf edə bilməməsi planının olduğu versiyasını təsdiq edir.
Əgər Taliban tamamilə müstəqil, özünün də nümayiş etdirməyə çalışdığı kimi Amerikaya bu qədər nifrət edən bir hərəkatdırsa, onda belə çıxır ki, “Şimal alyansı” amerikayönümlü təşkilatdır, Taliban isə ona alternativ olan, antiamerikan təşkilatdır. Belə olan təqdirdə gərək Talibanı Rusiya dəstəkləyəydi. Lakin Rusiya hələ ki susur. Taliban hələ də Rusiya Federasiyasında qadağan edilmiş təşkilatlar sırasındadır. Lakin nəinki dünyanın başqa ölkələrində, həm də Rusiyanın özündə belə söz-söhbətlər gəzir ki, bəs Rusiya Talibanla gizli danışıqlar aparır. Lakin bu məlumatlar hələ də şaiyə olaraq qalır.
@imperiumtalk telegram kanalı
Mövzu linkləri: