Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
19:12, 14 sentyabr 2021
464
0

Əfqanıstandakı vəziyyətlə bağlı tezislər. 1-ci hissə.



Rusiyada hələ də fəaliyyəti qadağan edilən radikal hərəkat olan "Taliban" Əfqanıstanda hərbi əməliyyatların bitdiyini elan etdi. Hərəkatın nümayəndəsi Zəbiullah Mücahid qeyd edib ki, taliblər müqavimət göstərən Pəncşir vilayətinə tam nəzarət edirlər. O həm də bildirib ki, Taliban digər dövlətlərlə münasibətlərin qaydaya salınması, onlarla iqtisadi-ticari əlaqələrin inkişafında maraqlıdır.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Talibanın onun əsas hissəsini təşkil edən puştunlardan başqa etnik qrupların da təmsil olunacaq inklüziv hökumətin qurulması ilə bağlı fəaliyyətini bəyəndiklərini bildirdi. Burada elə Əfqanıstan əhalisinin 10%-dən çoxunu təşkil edən, məhz Pəncşir regionunda məskunlaşan taciklərin də hökumətdə təmsil olunması nəzərdə tutulur.

Rusiyalı nazir əslində vurğunu bu fikrə vurmuşdur ki, Əfqanıstan da dünyanın əksər ölkələri kimi polietnik dövlətdir və burada yaşayan etnik qrupların maraqlarını, xüsusilə də onların identikliyi nəzərə alınmadan bu ölkədə sülh yaratmaq olmaz. Məsələnin qısa tarixçəsinə nəzər yetirək.

Talibanın Əfqanıstanı sürətli şəkildə zəbt etməsi daha artıq sürətlə olsa da 25 il əvvəlki hadisələrin təkrarıdır.

Keçən dəfə olduğu kimi(1996-cı il) radikal islamçılar bütün ölkə üzərində nəzarəti əldə edə bildilər. Onlar yalnız Pəncşir dərəsi boyu və onun həndəvərində müqavimətə rast gəldilər. Talibanın qələbəsini və gətirdiyi yeni qaydaları qəbul etməyən ordunun bir hissəsi məhz bu əraziyə geri çəkilmişdi. Onlar "Pəncşir aslanının balası","Şimal alyansının" əfsanəvi liderinin oğlu Əhməd Məsudun rəhbərliyi altında müqavimət göstərdilər. Sual doğur:Bəs o bu qədər ciddi cəhdlə nəyin uğrunda döyüşürdü?

Pəncşir dərəsi - bura yalnız Əfqanıstandan Çinə açılan darvaza deyil. Həm də Əfqanıstan taciklərinin kompakt məskunlaşdığı ərazidir. Əfqanıstan monoetnik ölkə deyil. Taciklər adəti üzrə şimalda, puştinlar isə cənubda yaşayırlar. Onlar xarici qüvvələrin - Britaniyanın, Sovetlərin və amerikanların ora daxil olduğu ana qədər birlikdə mehriban yaşamağı bacarırdılar.

Amerikanların son 20 il ərzində yaratdığı dramın sonunda gördüyümüz mənzərə odur ki, qarşıdurma əvvəlki dramlarda olduğu kimi  etnik əlamətlərə malikdir. Bu qarşıdurma puştunların taciklərə qarşı mübarizəsi ilə xarakterizə olunur.

Taliblərin əksəriyyəti Əfqanıstan və Pakistan puştunlarıdır. Məsudun tərəfdarları və demokratik Əfqanıstan hökumətinə sadiq qalan ordu hissələrinin əksəriyyətinin etnik tərkibi isə taciklərdən ibarətdir.

Əfqanıstanda kifayət qədər insan amerikan idarəçilik sisteminə öyrəşib və Talibanın yeni qaydalarına uyğunlaşmaq istəmirlər. Lakin əldə silah şiddətli döyüşlərə atılan və taliblərə müqavimət göstərənlər taciklərdir. Qalanları isə sadəcə qaça-qaça təyyarənin şassisindən yapışaraq ölkədən qaçmağa çalışdılar.

Aydın məsələdir ki, taliblər 25 il əvvəl buraxdıqları səhvi - Pəncşir məsələsini həll etmədikləri üçün beynəlxalq koalisiyanın əhəmiyyətli dəstəyi olmadan belə 2001-ci ildə "Şimal alyansı"nın Kabilə hücum etməsini xatırlayırlar. Ona görə də təəccüblü deyil ki, Taliban liderləri və onların müttəfiqləri Pəncşiri özbaşına saxlamır, problemi dərhal, dayanmadan və çaparaq həll edirlər.

Bəs Məsud niyə belə inadla müqavimət göstərir, Talibanın hakimiyyətini qəbul etmir? Cavab qlobalist layihəyə and içmiş elitanın nazik bir təbəqəsini təşkil edən şəxslərin amerikan yanaşması və qiymətləndirilməsini təkcə Əfqanıstan ərazisinə deyil, "dünya birliyinə" yaymasında gizlənir.

@imperiumtalk telegram kanalı


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)