Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Region
13:13, 10 sentyabr 2021
473
0

Moskva və Minsk tələsmir. Və doğru da edirlər.


Putin və Lukaşenko sammiti iki ölkənin inteqrasiyası işində bir növ sıçrayış oldu.

Nəhayət ki, bu məsələyə 28 yol xəritəsilə aydınlıq gəldi. Razılaşdılar. Proqramların detalları geniş kütlələr üçün açıq olmasa da məlum olan odur ki, 2023-cü ilə qədər vahid qaz bazarı yaradılacaq. Qazın qiyməti Minsk üçün qalxmayacaq. Elə 128 dollar da qalacaq.

Bundan başqa, vahid gömrük, vergi, maliyyə zonalarının və ümumi müdafiə sisteminin yaradılması haqqında konkret razılaşmalar var.

Vahid valyuta və bu siyasətin milli səviyyədən üstün bir orqan tərəfindən idarə edilməsinə isə hələ çox var.

Bir sözlə, Belarusiya üçün istiqamət vektoru yekun olaraq müəyyənləşdi. Lukaşenko daha iki stulda oturmağa cəhd etməyəcək. Lakin inteqrasiya prosesi yavaş-yavaş və ehtiyatla gedəcək. Belə daha doğru olar. El məsəlində deyildiyi kimi, tələsən təndirə düşər.

Ümumiyyətlə belə proseslər asta templə gedir. Qeyd edək ki, ECSC-dən(Avropa Birliyinin sələfi) Maastrikt sazişinə qədər də az qala yarım əsr vaxt keçmişdi(1952-1992).

@turan_ekspressi telegram kanalı

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)