Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
12:58, 10 sentyabr 2021
402
0

Putin-Lukaşenko sammiti. Nəticələr.


Putin Belarusiya və Rusiyanın inteqrasiya danışıqlarında əhəmiyyətli irəliləyiş barədə məlumat verib. 

Putin və Lukaşenkonun bu gün Moskvada keçirilən görüşündə Rusiya və Belarusiyanın inteqrasiyasının dərinləşdirilməsi ilə bağlı proqram barədə razılığa gəliblər.

"Söhbət Rusiya və Belarusiya qanunvericiliyinin müxtəlif iqtisadi sahələr üzrə unifikasiyası, hər iki ölkənin təsərrüfat subyektlərinin fəaliyyətinin şərtlərinin bərabərləşdirilməsi, vahid enerji, maliyyə bazarının və nəqliyyat məkanının yaradılması, ümumi sənaye və kənd təsərrüfüfatı siyasətinin formalaşdırılması məqsədi daşıyan 28 proqramdan gedir" - deyə Putin qeyd edib.

Putin həm də bu proqramların 10 sentyabrda Minskdə İttifaq Dövlətinin Nazirlər Şurasında təsdiqlənəcəyini də deyib. Bundan sonra isə proqramlar təsdiq edilmək üçün İttifaq Dövlətinin Ali Şurasına təqdim ediləcək. Ali Şuranın bu barədə iclası isə ilin sonunadək keçiriləcək.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)