Flaş / Gündəm / Azərbaycan
Baş prokuror: “Rusiya itkin düşənlərin aqibəti ilə bağlı bizə yardım göstərəcək”
Baş Prokuror Kamran Əliyev deyib ki, Kəlbəcərdə, Başlıbeldə və digər yerlərdə də kütləvi naməlum məzarlar artıq aşkarlanır
“Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə bağlı işlər davam edir”. Bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib.
Baş Prokuror bildirib ki, bu məsələ diqqət mərkəzindədir: “Artıq 55 belə şəxs müəyyən olunub. Eyni zamanda Kəlbəcərdə, Başlıbeldə və digər yerlərdə də kütləvi naməlum məzarlar artıq aşkarlanır. Bu istiqamətdə fəaliyyətimiz davam edir. İkinci Qarabağ müharibəsindən sonra isə bizim 7 itkin düşən hərbçimiz var. O sahədə də bizim işlərimiz davam etdirilir. Bununla bağlı müxtəlif dövlət qurumları ilə, müxtəlif ölkələrlə də əməkdaşlıq edirik. O cümlədən bizim Türkiyə və Rusiya tərəfi ilə əməkdaşlığımız var. Bununla bağlı Rusiyanın Baş Prokuroru ilə də razılığa gəlmişik. Razılığa əsasən, Qarabağ müharibəsi dövründə itkin düşənlərin aqibətinə aydınlıq gətirilməsi üçün onlar da bizə yardım göstərəcək”.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
RUS KƏŞFİYYATI TÜRKİYƏNİ XİLAS ETDİ
Qeyri-mümkün missiya? Türkiyənin Əfqanıstan “həmləsi”: Risklər, gözləntilər, üstünlüklər və əngəllər
UKRAYNANIN MANDARİN REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR