Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Region
17:41, 28 avqust 2021
423
0

KTMT Tacikistanın, Qırğızıstanın və Qazaxıstanın silahlandırılması proqramını davam etdirəcək.


KTMT Tacikistanın, Qırğızıstanın və Qazaxıstanın silahlandırılması proqramını davam etdirəcək.

Bu barədə Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu bildirib.

Şoyqunun sözlərinə görə, Əfqanıstanda baş verən hadisələr göstərdi ki, KTMT ölkələri hadisələrə düzgün reaksiya vermişdir.

Rusiya Əfqanıstandakı vəziyyətlə əlaqədar digər KTMT ölkələri ilə daim əlaqədədir.

O qeyd edib ki, Əfqanıstandakı vəziyyət region dövlətlərini yaraqlıların bu ölkələrə keçməsi, yeni narkotrafikin yaranması təhlükəsi ilə üz-üzə qoyur.

Xatırladaq ki, Rusiya, Özbəkistan və Tacikistan bir az əvvəl Əfqanıstanla həmsərhəd zonada xüsusi texnikaların və zərbə aviasiyasının da cəlb edildiyi birgə hərbi təlimlər keçirmişdilər.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)