Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Region
Valeri Korovin: Qərblə əməkdaşlıq etməklə Azərbaycanın suverenliyini inkişaf etdirmək mümkün deyil.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov özünün Azərbaycandan olan həmkarı Ceyhun Bayramov ilə danışıqlar apardıqdan sonra bəyan edib ki, Moskva və Bakı Rusiya – Azərbaycan - İran enerji körpüsünü yaratmaq niyyətindədirlər. Bu layihə Amerikanın İrana tətbiq etdiyi birtərəfli sanksiyalara baxmayaraq baş tutacaq. Rusiya, Azərbaycan və İranın enerji sisteminin birləşdirilməsi layihəsi çoxdankı danışıqlar mövzusudur və bununla bağlı 2018-ci ilin aprelində üçtərəfli işçi qrupu yaradılmışdır.
Bir maraqlı fakt da ondan ibarətdir ki, bir neçə gün bundan qabaq BMT ABŞ-ın İrana qarşı tətbiq etdiyi bəzi sanksiyaların bərpa edilməsindən imtina etdi. Vaşinqtonun bu məsələ ilə bağlı sorğusunun lehinə onun özündən başqa təkcə Dominikan Respublikası səs verdi. BMT Təhlükəsizlik Şurasının digər üzvləri ya əleyhinə səs verdilər, ya da bitərəf qaldılar.
Media.az saytı Rusiya-Azərbaycan-İran əlaqələrinin dərinləşməsini şərh etmək üçün İzbor klubunun üzvü, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovindən müsahibə almışdır.
Valeri Korovin Jurnalistin üç ölkə arasında strateji oxun əmələ gəlməsi barədə sualına bunun "sırf geopolitik bir layihə" olduğunu bildirmişdir. Onun fikrinə görə sözü gedən layihədə hədəflər dəqiq müəyyən edilib. Burada Moskva “Qərb və ABŞ üçün qıcıq yaradan ölkə rolundadır”. Moskvanın Tehranla əməkdaşlığı Rusiyanın “isti dənizlərə” qayıtması deməkdir.
“Bu, potensialda aviadaşıyıcı donanmanın yaradılması deməkdir ki, bu da ABŞ-ın 5-ci Donanmasını sıxışdırıb çıxarmaq deməkdir. Qərb onun iştirakı olmayan istənilən geopolitik bloka qısqanclıqla yanaşır. Ona görə də bizim ölkələrimiz iqtisadi sahədə əməkdaşlıqdan danışmağa üstünlük verirlər. Biz politoloqlar, jutrnalistlər isə strateji oxun yaranmasından danışa bilərik. Bu baxımdan biz “məsuliyyətsiz” adamlarıq. Qərarları biz vermirik axı (gülür-red.)”- deyə Valeri Korovin bildirib.
Politoloqun fikrinə görə, Bakının Rusiya-Azərbaycan-İran enerji körpüsündə iştiak etməsi o deməkdir ki, Azərbaycan avrasiyaçı geopolitik xəttini tutub və Qərbin öldürücü, destruktiv, dağıdıcı xüsusiyyətini dərk edir. Çünki Qərbin “tərəfdaş” adlandırdığı hər kəsin bir qurban olduğunu dərk edir.
Onun fikrincə, Azərbaycan öz suverenliyini Qərblə tərəfdaşlıq və müttəfiqlik şəraitində təmin edə bilməz.
“Azərbaycan öz suverenliyinin inkişafı, identikliyinin qorunmasının üstündə çox əsir. Bunları Qərblə əməkdaşlıq etməklə təmin etmək mümkün deyil. Azərbaycanın “Moskva-Bakı-Tehran” strateji oxuna qoşulması ciddi və doğru seçimdir” – deyə politoloq bildirib.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Valeri Korovin. "İmperiya ərəfəsində". Moskva-Tehran strateji oxu