Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
Valeri Korovin: Hələ çar İvan Qroznının vaxtından Britaniya Rusiyanın mütləq düşmənidir
Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles əfqanlara quru sərhədlərini keçməklə ölkəni tərk etməyi təklif edib.
O deyib: “Əgər əfqanlar başqa ölkəyə getmək barədə düşünürlərsə bu daha təhlükəsiz variantdır. Mən onlara ölkəni quru sərhədlər vasitəsilə tərk etməyi məsləhət görərdim”. Britaniya məmurunun belə bir bəyanatı sırf provokasiyadır.
Bu provokasiya Əfqanıstandan olan qaçqın kütləsinin Mərkəzi Asiya ölkələrinə axınının baş verməsinə hesablanıb, regionda sosial-siyasi balansı pozulmasına və humanitar faciəni provokasiya etməyə yönəlib. Bu, sözsüz ki Rusiyaya təsir edəcək, Britaniyanın əlinə oynayacaq.
Əsrlər boyu, hələ çar İvan Qroznının vaxtından Britaniya Rusiyanın mütləq düşmənidir. O dövrdən bəri Britaniya tarixi Rusiyanın inkişafının qarşısını almaq, onu bir rəqib kimi sıradan çıxarmaq uğrunda mübarizədən ibarətdir. Bizim Britaniya ilə “müttəfiqlik” dövrü kimi qiymətləndirdiyimiz dövrlər isə Britaniyanın özünün ölüm-qalım mübarizəsi ilə şərtlənmişdir.
Britaniya və onun rəhbərliyi tərəfindən atılan bütün addımlar məhz bu cür qiymətləndirilməlidir. Başa düşmək lazımdır ki, Britaniya Rusiyanın mütləq düşmənidir və oradan Rusiyaya münasibətdə yaxşı, hətta neytral heç nə gözləmək olmaz. Britaniyanın bütün çabaları Rusiyanı zəiflətmək, onu məhv etmək üçündür. Başqa variant yoxdur.
@imperiumtalk telegram kanalı
Mövzu linkləri:
Həmçinin oxuyun: