Flaş / Gündəm / Siyasət-Dünya
Həyatı heç kimə öyrətməyə ehtiyac yoxdur – Lavrovdan ABŞ-a mesaj
"Amerikalıların Əfqanıstandan çıxarkən infrastruktur və silahların, hərbçilərin bir hissəsini qonşu ölkələrin ərazisinə yerləşdirmək istəyib. Lavrov qeyd edib ki, bununla da ABŞ Əfqanıstan "özünü pis aparacağı" təqdirdə ona zərbə endirmə imkanı əldə etmək istəyib".
Birləşmiş Ştatların Əfqanıstandan sonra gələ biləcəyi əsas nəticə - "Həyatı heç kimə öyrətməyə ehtiyac yoxdur"-dur. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Qeyd edək ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Rusiya Mərkəzi Asiyada Amerika hərbçilərini görmək istəmir.
"Məncə, "Wall Street Journal" soruşurdu ki, Rusiya amerika hərbçilərini Mərkəzi Asiyada görmək istəyərdimi? Xeyr. Birincisi, bizim ümumi təhlükəsizlik məkanımız var və bu məkanın öz öhdəlikləri var. Mən xarici silahlı qüvvələrin öz ərazilərinə yerləşdirilməsi ilə bağlı məsələlərdə bütün müttəfiqlərin razılığını nəzərdə tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını nəzərdə tuturam", - deyə Lavrov bildirib.
O bildirib ki, amerikalıların Əfqanıstandan çıxarkən infrastruktur və silahların, hərbçilərin bir hissəsini qonşu ölkələrin ərazisinə yerləşdirmək istəyib. Lavrov qeyd edib ki, bununla da ABŞ Əfqanıstan "özünü pis aparacağı" təqdirdə ona zərbə endirmə imkanı əldə etmək istəyib.
Qeyd edək ki, son həftə ərzində Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
Sputnik.az
Mövzu linkləri:
Həmçinin oxuyun: