Flaş / Dünya / Siyasət-Dünya / Siyasət-Region
Rusların yeni silahı: qapalı məkanlarda kəşfiyyat aparır
PUA-nın korpusu karbon-plastik qarışığındandır, buna görə də əşyalarla toqquşarkən zədələnmədən müdafiə olunub.
Məkanların daxilində kəşfiyyat aparan kiçik pilotsuz uçuş aparatı "Muxa" (Milçək) "ERA" hərbi texnopolisinin əməkdaşları tərəfindən hazırlanıb.
Nümunə "Ordu-2021" sərgisində nümayiş olunub.
""Muxa" pilotsuz uçan aparatı təhlükəli (əlçatmaz) məkanlarda çoxsaylı maneələrin olduğu şəraitdə, o cümlədən məsafədən idarəetmə itirildikdə belə, kəşfiyyat aparmaq üçün nəzərdə tutulub", - texnopolisin stendində yerləşdirilən məlumatda bildirilir.
PUA-nın korpusu karbon-plastik qarışığındandır, buna görə də əşyalarla toqquşarkən zədələnmədən müdafiə olunub.
"ERA" texnopolisi həmçinin "Ordu-2021" forumunda quş kimi kamuflyaj edilmiş kəşfiyyat dronlarını da nümayiş etdirib.
Ülviyyə Gülməmmədova
Sputnik.az
Mövzu linkləri: