Flaş / Dünya / Siyasət-Dünya / Siyasət-Region
Suriya KTMT-yə daxil ola bilər
Rusiya Müdafiə Nazirliyində Suriya Ərəb Respublikasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (“Daşkənd Paktı”) daxil olmasını istisna etmirlər.
Bu barədə Rusiya Federasiyası Müdafiə nazirinin müavini, RF SQ-nin Baş Qərargah yanında Hərbi-siyasi idarənin rəisi, həm də bir ay sonra baş tutacaq Dövlət Dumasına seçkilərdə “Vahid Rusiya” partiyasından deputatlığına namizəd, general-polkovnik Andrey Kartapolov “Danışır Moskva” radiostansiyasının “Otboy” verilişində iştirak edərkən bildirib.
Kartapolov Aparıcının Suriya ərəb Respublikasının KTMT-yə daxil ola bilmə imkanı ilə bağlı verdiyi suala - “Niyə də yox? əgər bu həm Suriya, həm Rusiya, həm də KTMT-nin digər üzvləri üçün faydalı olacaqsa, onda mən belə bir imkanı istisna etmirəm” – deyə cavab verib.
Nazir müavini onu da qeyd edib ki, Rusiyanın köməyi olmasa idi Suriya çoxdan İŞİD-in nəzarəti altında idi və Suriya Ərəb Respublikası bir dövlət kimi mövcudluğunu itirmişdi.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
RUS KƏŞFİYYATI TÜRKİYƏNİ XİLAS ETDİ
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
UKRAYNANIN MANDARİN REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa