Flaş / Dünya / Siyasət-Dünya
Baydenə qarşı impiçment tələbi
Respublikaçı konqresmen Macori Teylor Qrin Baydenin impiçmenti ilə bağlı qərar layihəsini ABŞ Konqresinə təqdim edib.
Nümatəndələr Palatasının Respublikaçılar Partiyasından üzvü olan Macori Teylor Qrin prezident Jo Baydenə qarşı eyni anda üç impiçment tələbi ilə çıxış edib.
Onun sözlərinə görə, Konqresə təqdim etdiyi qətnamə layihələrindən biri Baydenin on min amerikalını Əfqanıstanda Talibanın hakimiyyəti altında buraxmasıyla bağlıdır və bu səbəbdən onun hakimiyyətdən uzaqlaşdırılması vacibdir. Bundan əlavə, Qrin hesab edir ki, prezident cənub sərhədində immiqrasiya qanunlarını pozaraq, böhrana yol verib və kirayəçilərin evlərindən çıxarılmasına qoyulan moratoriumu uzatmaqla Ali Məhkəmənin mövqeyinə zidd olaraq qanunverici səlahiyyətləri mənimsəyib.
"Jo Baydenin prezident olduğu yeddi ayda Amerika bütün dünyada nüfuzdan düşüb. Sübutlar göz qabağındadır və onun hərəkətləri o dərəcədə rüsvayçıdır ki, impiçment vacibdir", - Qrin deyib.
Lakin onun təşəbbüsünün uğur qazanma şansı azdır, çünki Konqresin hər iki palatasını Baydenin Demokrat Partiyasındakı tərəfdaşları idarə edir.
Qrin öz konspiroloji nəzəriyyələri ilə ictimaiyyəti dəfələrlə çox şoka salan, koronavirusun təhlükəsini, ona qarşı sanitar qaydaları şübhə altına alan siyasətçidir. Bu səbəbdən “Twitter” onu bir neçə dəfə bloklayıb. O, bir dəfə maska rejimini Holokost dəhşətləri ilə müqayisə edib, amma sonradan sözlərini geri götürərək, üzr istəyib.
Nadir Quliyev
Azvision.az
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Blinkenin səfəri: ABŞ Hindistanı Əfqanıstana sürükləyir
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa