Flaş / Gündəm / Azərbaycan
Qazi od püskürdü: Sizin kimi öz adət-ənənəmizi, öz vicdanımızı Türkiyəyə satmamışıq!
Fəxrəddin Əli
Sizin dərdinizn çox böyükdü. Türkiyədə xiyar əyri bitsə də gəlib yazacaqsınız ki: “İranda amma düz bitir də eləmi?” Yəni bu qədər dəxlisiz sicilləmələriniz var.
***
Erməniyə İranın silah verməyinə qaldıqda əgər İran Ermənistana silah veribsə onlar kimi şərəfsizi yoxdur. Yox əgər verməyibsə və sizin kimilər öz təxəyyülünü işə salıb İrandan Ermənistana silah göndəribsə hamınız şərəfsizsiz, alçaqsız!
***
İran barədə bircə kəlmə xoş söz yazan kimi avtomatik rəylərə tökülüşüb fitnə yaradırlar. Prezident döyüş vaxtı da döyüşdən sonra da dedi ki, İran Ermənistana silah verməyib. Bunu dəfələrlə təkrar edib. Dediyiniz “NOTA” isə (hərçənd bu nota da deyildi) silah girişinə görə yox, İran nömrəli maşınların Qarabağ zonasına girməsinə görə idi. İran tərəfi də məsul şəxslərlə bağlı tədbir görüləcəyini bildirdi. Bu mövzunu uzatmaq da olar, məsələn, Türkiyə nömrəli maşınların Ermənistanda şəkilləri ilə və s. Bilirik ki, bu Türkiyədə və İranda yaşayan erməni işbazların işidir və bunun qarşısını heç cür almaq olmur.
***
Mən sizin kimi yalançı patriotlardan daha çox azərbaycanlıyam. Sizdən də fərqli olaraq döyüşlərə könülü gedib düşmənlə vuruşmuşam. Hər halda bu ölkə üçün etdiyim sizin etdiyinizdən daha çoxdur və daha əzmlidir. Sizin kimi millətçilər ancaq öz ölkəsini uçuruma doğru aparar, öz ölkəsinə yeni düşmənlər tapıb çıxarar və öz ölkəsini zəlil günə qoyarlar.
***
İranla məni bağlayan nədir? 30 milyon öz vətənini sevən azərbaycanlım var. İranla məni bağlayan tarixi torpaqlarımız var. Bir bayraq aıtında tarixi yaşayışımız var. Sizin kimi öz adət-ənənəmizi, öz vicdanımızı Türkiyəyə satmamışıq.
***
Siz İsrailin təbliğatına uyub “Azərbaycanlılar İranda zülm görür” deyirsiniz. Amma ordakı azərbaycanlılar sizdən qat-qat yaxşı yaşayırlar. Öz vətənlərini də çox sevirlər. Yadda saxlayın ki, onlar heç vaxt öz vətənlərini sizin kimilərin çürük ideyasına dəyişməzlər!
***
Prezdent deyir İran sağ olsun, sərhədi bağladı, qoymadı Ermənistana silah keçsin. Bəs siz niyə əksini nə deyirsiz? Özünüzdən Amerika kəşf etməyin. Düşmənçilik elə bilirsiz yaxşı şeydir? Bir dılğır düşmənimiz var, hələ də özümüzü yığıb-yığışdıra bilmirik başqa düşmən çıxsa necə edəcəyik! Gəlin İranla da düşmən olaq, Rusiya ilə də! Bunumu istəyirsiniz?
***
Öz ibnə təxəyyüllərinin üstündə at kimi dururlar. İran ermənilərə kömək etsəydi, biz qalib gələ bilməzdik.
***
Amerika İranı vura bilsəydi, çoxdan vurardı - bunu da bilin! Hər halda biz özümüzün İrana etdiyimiz xəyanətdən sonra İrandan nəsə gözləməyimiz çox yersizdir. Birinci Qarabağ Müharibəsindəki İranın bizə yardımına baxın, bir də Türkiyənin yardlmına baxın. İran Azəraycana açıq-aşkar hər cür yardlm etdiyi halda Azərbaycan İranı söyürdü. Bunları bilməmək də bir vicdansızlıqdır. Özünüzə gəlin!
***
İrana qarşı, dinimizə qarşı nə cür şər-böhtan gəldi danışırlar. Heç olmasa öz vətənlərinin qazilərindən utansınlar. Biz döyüşə Ya Hüseyn sədaları altında gedirdik.
***
Mən öz vətənim üçün döyüşmüş adamam, amma belələrinə haqqımın zərrəsini də halal etmirəm.
avrasiya.info
Mövzu linkləri: