Flaş / Dünya / Siyasət-Dünya / Siyasət-Azərbaycan
12:55, 16 avqust 2021
449
0

SSRİ-ni dağıtdığına görə Qorbaçova təşəkkür olunub


İsveçin “Svenska Dagbladet” nəşrində dərc olunan məqalədə müəlliflər SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovu ölkəni dağıtdığına görə tərifləyiblər.

“Svenska Dagbladet” nəşrinin juralistləri öz məqalələrində Sovet İttifaqını Qorbaçovun verdiyi qərarların dağıtdığını iddia ediblər. “Qorbaçov SSRİ-nin iqtisadi və hərbi sferada mövqelərini məhv edən dağıdıcı islahatlar həyata keçirib”, - məqalədə deyilir. Jurnalistlər SSRİ-nin dağılmasını müsbət qiymətləndirərək, hadisəni əsl xoşbəxtlik adlandırıblar.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko da SSRİ-nin dağılmasının “əsl səbəbini” açıqlamışdı. O hesab edir ki, günahkarlar Qorbaçov və Rusiyanın ilk prezidenti Boris Yeltsindir . Onların “hakimiyyət uğrunda şəxsi davası” sovet quruluşunu laxlatdı və dövləti məhv etdi. “Belovejsk sazişi “beynəlxalq hüququn və geopolitik reallığın subyekti” olan SSR İttifaqının mövcudluğuna son qoyulmasını təsdiqlədi”, - Lukaşenko bildirmişdi. O, ölkənin bu cür idarə olunmasını “beyinsizlik və fərsizlik” adlandırmışdı.

Nadir Quliyev
Azvision.az


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)