Flaş / Dünya / Siyasət-Dünya / Siyasət-Region
ABŞ İrana yeni sanksiyalar qoydu
ABŞ Maliyyə Nazirliyi neft qaçaqmalçısı olduğu iddia olunan bir nəfərə və İran İnqilab Keşikçiləri Qüds Qüvvələrinə dəstək verdiklərini söylədiyi şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.
Nazirliyin sanksiya tətbiq etmək qərarının Xarici Terror Təşkilatları haqqında prezidentin 13224 saylı fərmanına uyğun olaraq alındığı iddia edilib.
İyunun 10-da ABŞ Maliyyə Nazirliyi İran İnqilab Keşikçiləri Qüds Qüvvələri və Yəmənin "Ənsarullah" hərəkatı ilə əlaqəli olduqları səbəbilə yeddi nəfəri, dörd şirkət və bir gəmini sanksiya altına almışdı.
Həmçinin İran Milli Neft Şirkətinin keçmiş baş direktor Əhməd Kələbani də daxil olmaqla 3 şəxsi və 2 şirkəti sanksiya siyahısından çıxardığını açıqlamışdır.
Eastnews.org
Mövzu linkləri: