Flaş / Dünya / Siyasət-Dünya
Venesuela müxalifəti ilə hökuməti danışıqlara başladı
Venesuela hökuməti və siyasi müxalifət qrupları ölkədəki mövcud siyasi böhranın həllini tapmaq üçün anlaşma memorandumu imzalayıb.
Hökumət və Venesuela müxalifəti Norveçin vasitəçiliyi ilə Meksikanın paytaxtı Mexiko şəhərində danışıqlara başlayıblar.
Venesuela müxalifətinin sədri Gerardo Blade bildirib ki, bu gün, gündəmdəki bütün maddələr üzrə razılığa gəlmək üçün çalışacağımıza dair öhdəçiliyimizi bəyan edirik.
Danışıqların gündəliyinə bütün Venesuela vətəndaşlarının siyasi hüquqlarının təmin edilməsi, seçkilərin təyin edilməsi, Venesuelaya qarşı beynəlxalq sanksiyaların ləğvi və müxtəlif siyasi qrupların hüquqlarının bərpası daxildir. Danışıqlarda iştirak edən qruplar konstitusiyaya hörmət, siyasi və sosial bir yerdə yaşamaq, hər cür zorakılığın ortadan qaldırılması, milli iqtisadiyyatın qorunması və sosial öhdəliklərin təminatı kimi mövzularda maraqlarını ifadə ediblər.
Danışıqlara vasitəçilik edən İsveç diplomatı Deg Halor Nelander qeyd edib ki, Venesueladakı mövcud böhran yalnız ölkənin siyasi liderlər tərəfindən həll edilə bilər, danışıqların nəticəsi isə tamamilə tərəflərin siyasi öhdəliyindən və iradəsindən asılıdır. Venesuela hökumətinin danışıqlar qrupu və parlamentinin sədri Jorge Rodriguez də danışıqlar zamanı tərəflərin razılığa gələcəyinə ümid etdiyini bildirib.
eastnews.org
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
6-cı kolonun dövlətçiliyimizə qarşı yaratdığı təhlükə barədə
UKRAYNANIN MANDARİN REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş