Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region
18:44, 12 avqust 2021
766
0

Düzünü demək vaxtıdır. Ramzan Kadırov Botlix hadisələri və imam Şamil haqqında


Bu il, Boltix hadisələrindən 20 il keçir. 7 avqust 1999-cu ildə silahlı terrorçular Dağıstan Respublikasının ərazisinə daxil oldular. Terrorçuların niyyətinə görə Dağıstan və Çeçenistan ərazilərində islam dövləti yaradılmalı idi.

Hadisənin ildönümü ərəfəsində Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov 20 il əvvəlki hadisələrin detalları barədə fikirlərini “Çeçenistan Bugün” İnformasiya Agentliyi ilə bölüşüb. Müsahibəni tərcümə edib sizə təqdim edirik:

- Ramzan Əhmədoviç, Dağıstan və Çeçenistan xalqlarının çətin tarixi  və taleyi vardır. Hadisələr var ki, onları müxtəlif cür interpretasiya etmək olar. Onlardan biri - 1999-cu ilin avqustunda Dağıstana hücumdur. Siz dəfələrlə bəyan və sübut etmisiniz ki, vəhhabilik Çeçenistana xaricdən gətirilib, “çeçen terrorçularının silahlı müdaxiləsinin” də konkret təşkilatçıları var idi. 

- 20 il əvvəl Botlix hadisələri başladı. İlk dəstə dağıstanlı vəhabi ideoloq Baqautdin Kebedovun “Qafqazın İslam Ordusu” adlanan dəstə idi. Həmin silahlı qruplaşmanın sayı 1200-ə çatırdı və Dağıstan Respublikasının sakinlərindən ibarət idi. İkinci dəstə “İmamın Dağıstan Üsyan Ordusu” adlanan Maqomed Taqayevin dəstəsi idi. 3-cü dəstə isə ərəblərdən, özbəklərdən, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlaşdırılmış, ərəb terroristi Xəttaba tabe olan Rusiya ərazisinin sakinlərindən ibarət dəstə idi. Rabbani Xalilovun qrupu da bu dəstəyə daxil idi. 
Taqayev 11 avqust 1999- cu ildə “Dağıstan İslam Dövlətinin Bərpası Haqqında” bəyannamə imzaladı. Bütün yollar havadan yaxşı izlənilə bilsə də terrorçular çox rahat şəkildə Dağıstana gedib çata bildilər. Sərhədd tamamilə açıq idi. 10 avqust tarixində Dağıstan islam Şurası islam dövlətinin yaradılması barədə elan verdi. Terrorçulara qarşı əməliyyat avqustun 11-dən 24-dək davam etdi. Əməliyyat zamanı yaraqlıların liderlərinə heç nə olmadı. Şamil Basayev 2 gün Botlix regionunda oldu. 

Qroznıya qayıdandan sonra Uduqovun ofisində oturaraq hər gün jurnalistlərlə ünsiyyət qururdu. Qroznıya gəldiyi gündən bir gün sonra onun yanına Moskvadan Heydər Camal gəldi və onlar təkbətək 4 saatdan çox danışdılar. 

    - Sizin az əvvəl dediklərinizdən belə bir sual doğur: Bunun qarşısını almaq mümkün idimi? Elə bir təəssürat formalaşır ki, Botlixə hücum planı heç də Çeçenistanda hazırlanmamışdı. Hücumda bu qədər dağıstanlının iştirak etməsi də onu göstərir ki, Dağıstanda bu hücumdan xəbərsiz ola bilməzdilər. 

    - Hücumdan xeyli əvvəl Xasavyurtdakı alverçi qadınlar belə hücumun hazırlandığı barədə danışırdılar. Lakin terrorçular Botlix rayonuna itki vermədən gedib çıxa bildilər. Onlar çox dar keçidlərdən keçərkən belə itki verməmişdilər. Onlar elə həmin yol ilə də geri qayıtmışdılar. Dağıstana yürüş etdikdən sonra əmir Xəttab Vedeno kəndində, Şeripova küçəsi 3 ünvanında yerləşən öz mənzil qərargahında Rusiya və xarici jurnalistlərə müsahibələr verirdi. 

Burada 35 Dağıstan vətəndaşı daimi əsaslarla yaşayırdı. Mən hələ onun arvadını, uşaqlarını, arvadının qohumlarını və digər ərəbləri bu hesaba qatmıram. O açıq şəkildə deyirdi ki, tezliklə Dağıstana yürüş olacaq və bu yürüş Novolakskiy və Xasavyurt rayonlarından keçməklə olacaq. Lakin buna baxmayaraq Çeçenistan və Dağıstan arasındakı sərhədd qapadılmadı, yaraqlılar heç bir maneə olmadan Dağıstana daxil oldular. Buna qədər isə məşhur bir general-polkovniki də terrorçularla bu istiqamətdə mübarizə aparan qüvvələrin komandanlığından kənarlaşdırdılar. 

    - Həmin vaxt Çeçenistanda qonşu dağıstana hücum edilməsini ilk pisləyən şəxs, Çeçenistanın ilk Prezidenti, sizin atanız Əhməd Hacı Kadırov oldu...

    - Mənim atam, Çeçenistan Respublikasının ilk Prezidenti, Rusiya qəhramanı, Əhməd-Hacı Kadırov, nə hərbi, nə də siyasi şəxs olmadan, yalnız müfti qismində öz həyatı ilə risq edib Xəttabın, Kebedovun, Taqayevin və digər dəstə başçılarının avantürasını dəqiq və qətiyyətli şəkildə mühakimə etmişdi. Ondan sonra isə bütün dünyaya məlum olduğu kimi Çeçenistanda və bütün Şimali Qafqazda beynəlxalq terrorizmin məhv edilməsində böyük əməyi olmuşdur. Məhz onun yolu ilə getdiyimizə görə bu problem tam həllini tapıb. 
Yeri gəlmişkən, bütün dünyanın da qəbul etdiyi kimi Çeçenistan beynəlxalq terrorizmə qalib gəlinən yeganə yerdir. Bəli, 20 il ötüb. Bu 20 il ərzində biz elə hey eyni şeyləri eşidirik! Guya “çeçen terrorçular Dağıstana hücum ediblər”. Bu barədə danışarkən heç kəs Dağıstana ilk hücum edən dəstələrin məhz dağıstanlılardan təşkil olunmuş Kebedov və Taqayevin dəstələri olduğu barədə bir kəlmə də olsun danışmır. Yalnız 3-cü dəstəyə Xəttab komandanlıq edirdi. 

Böyük təsirə malik olan komandirlərdən biri də Rabbani Xalilov idi. O, Xəttabın baldızı, Karamaxdan olan Fatima Bidaqova ilə evlənmişdi və Xəttabla bacanaq idi. Xalilov  daha sonralar Çeçenistanın Nojay-Yurt rayonuna hücum etdi, yüzdən çox terror aktı həyata keçirtdi, o cümlədən, 9 may 2022-ci il tarixində Kaspiyskdəki terror aktını da. Kebedov, Taqayev, Adallo Aliyev, Hacımurat İbrahimbəyli (Bakı, Moskva), Yuri Şanibov (Nalçik) gecə-gündüz Çeçenistanı Rusiyaya qarşı silahlı mübarizəyə çağırırdılar. Kebedov Çeçenistanda  vəhhabiliyi yaydı. 

    - Çeçenistan və çeçen xalqı vəhhabi terroçuların aqressiyasının qurbanı olmuşdur. Bəs siz bu hadisələrdə dağıstan yaraqlılarının iştirakını necə qiymətləndirirsiniz?

- Ümumən sadəcə dağıstanlılar göstərdilər ki, onlara belə bir avantüra lazım deyil və əldə silah doğma kəndlərinin və torpaqlarının müdafiəsinə qalxdılar.  Onların arasında qəhramancasına həlak olanlar da oldu. Bunun çox böyük psixoloji və mənəvi əhəmiyyəti var idi. Terrorçularla silahlı mübarizədə iştirak edən hər kəs hörmətə layiqdir, lakin hadisələrdə sınma nöqtəsi ordu, daxili qoşunlar, aviasiya, artilleriya və xüsusi təyinatlıların vurduğu zərbələr nəticəsində yarandı. 

Vladimir Putinin hadisələrin baş verdiyi regiona şəxsən gəlməsi tarixi hadisə idi. Baxmayaraq ki, bu  onun həyatı üçün çox təhlükəli idi, amma o bunu etdi. Hadisə regionuna gəlməklə hamıya çatdırdı ki, vəhabilik və terrorizmin yaratdığı anklavların vaxtı keçib. Onlar artıq yox olur. Əgər yadınıza gəlirsə, buna qədər Dağıstanda vəhabi anklav rayon  mövcud idi. Onlar öz qanunları ilə yaşayır, giriş və çıxışlarda blok-postlar qurmuşdular. 

Prezident Vladimir Putinin regiona səfəri həm də dağıstanlıların federal mərkəzin onlara həlledici kömək edəcəyini anlamasına səbəb oldu. Axı buna qədər vəhabilər Dağıstanda özlərini çox rahat hiss edirdilər və onların törətdikləri zülmlərə qarşı heç bir iş görülmürdü. Üstəlik vəhabiliyi çeçenistana Kebedov, Taqayev və başqaları ixrac etmişdilər. Yüz minlərlə terrorçunu isə Dağıstan ərazisindən, həmsərhədd ölkələrdən, Yaxın Şərqdən, Avropadan, Asiyadan bizə ötürmüşdülər. 

Botlix hadisələrinə gəldikdə isə Kebedov və əliyev bəyan edirdilər ki, Dağıstan xalqı əllərini açaraq onların dəstələrini gözləyirlər. Məhz onlar silahlı dəstələri Dağıstana apardılar.  Lakin dağıstanlılar heç kəsi gözləmədiklərini, heç kəsi öz torpaqlarına buraxmaq istəmədiklərini nümayiş etdirdilər. 

- Belə bir çətin tarixi proseslərdən danışarkən sizin əfsanəvi şəxslərdən biri olan imam Şamillə münasibətlərinizin nə yerdə olduğunu soruşmaya bilmərəm. Sizin fikrinizə görə Dağıstanın imamının Çeçenistanın həyatındakı rolu nədən ibarətdir?

    - Dağıstanın imamı Şamil 1840-cı ildə özünün 400 nəfərlik dəstəsi ilə Çeçenistanda olmuşdur. 8 mart tarixində Urus-Martanda özünü Dağıstanın və Çeçenistanın imamı elan edib. Həmin gündən sonra, növbəti 20 il ərzində Çeçenistanın elə kəndi olmayıb ki, bir neçə dəfə yandırılmasın. Çeçenistan əhalisi dağlra çəkilməyə məcbur olmuşlar. Bunun nəticəsində xeyli sayda qoca, qadın və uşaq soyuqdan və aclıqdan həlak olmuşdur. 

İmam Şamil Rusiya ilə sülh haqqında danışan istənilən çeçenin öldürülməsi barədə göstəriş vermişdi. Yaşayış məntəqələrini yandırırdı. Qəbilə ağsaqqallarını Qurana əl basıb and içməyə məcbur edirdi ki, xalq Rusiyaya qarşı döyüşəcək. 1859-cu ilin aprelində imam Şamil Vedenodan Qubinə yerləşdi. Dörd aydan sonra, 1859-cu ilin avqustun 26-sında imam təntənəli surətdə Rusiyaya təslim oldu. İmam Şamilin Çeçenistanda olduğu müddət ərzində çeçenlərin ümumi sayı iki dəfə, kişilərin sayı isə 70% azaldı. 
    
- Siz imam Şamilin təslim olduqdan sonrakı həyatı barədə nə düşünürsünüz? Deyirlər ki, o, “ağ çar” ilə uzun müddət döyüşdüyünə görə peşman olub.

    - İmam şamilin taleyi necə oldu? İmperator və imperatriçə ilə 3 dəfə görüşdü, şahzadə Aleksandrın toyunda iştirak elədi. Çeçen ağsaqqallarını Rusiyaya qarşı döyüşmək üçün Qurana and içməyə məcbur edən Şamil, 26 avqust 1886-cı ildə 2 oğlu ilə birlikdə Rusiyanın təbəəliyini qəbul etmək barədə təntənəli surətdə and içdilər. 30 avqust 1889-cu ildə isə imperator ona irsi zadəganlıq verdi. Çeçen xalqının başına faciələr gətirən adam özü zadəgan titulunun qarşılığında Rusiyaya sədaqət andı içdi. 

     Xəttabın avantürası cəmi 2 həftə çəkdi, amma Şamilin etdikləri isə çeçen xalqının yarıdan çoxunun məhv olmasına səbəb oldu. O, 20 il ərzində bütün Çeçenistanı yandırdı, amma əvəzində zadəgan oldu. Artıq düzünü deməyin vaxtıdır. Yoxsa bir yalan arxasıyca yeni bir yalan gətirir və bunun sonu olmur. 

Biz Şamilin xatirəsini bir ruhani şəxs kimi hörmətlə yad edirik. Lakin onun Çeçenistanda və Dağıstanda 19  il Rusiya ilə döyüşdükdən, dağıstanlıları və çeçenləri qırğına verdikdən sonra 4 aylıq mühasirədən sonra niyə Rusiyaya təslim olub sonra zadəgan titulu almasının səbəblərini bilmək istəyirik. Bu nə deməkdir? Bu Çeçenistana və onun xalqına qarşı şüurlu surətdə yönəlmiş terror idimi? Yoxsa ikili standartlar hələ 19-cu əsrdə meydana gəlmişdi?

    - Sağ olun, Ramzan Əhmədoviç. Bizimlə müsahibəyə razılıq verib suallarımızı səmimi cavablandırdığınız üçün sizə təşəkkür edirik. 



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)