Flaş / Dünya / Azərbaycan
Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov Türkiyədəki meşə yanğınları haqqında danışıb
Yerxov Türkiyədəki meşə yanğınları haqqında danışıb: "Bizim pilotlarımız türk yanğınsöndürənləri ilə birlikdə yanğınla mübarizə aparıblar. Eyni zamanda ölkənin bir çox əyalətlərində yaranan meşə yanğınları sürətlə yayılıb. Yaşayış məntəqələri, o cümlədən, turizm bölgələri üçün ciddi təhlükə yaratmağa başlayıb. Təəssüf ki, həlak olanlar və yaralananlar var. Buna görə də, ən səmimi başsağlığımızı türk xalqına çatdırmaq istərdim".
"Ümumilikdə, Türkiyə ərazisində Rusiyaya məxsus 11 ədəd xüsusi texnika, o cümlədən, " İlyuşin İL-76 " tipli beş iri təyyarə, üç nadir "Beriyev Be-200" tipli amfibiya və üç vertolyot fəaliyyət göstərirdi",-deyə o bildirib.
"Bizim pilotlarımız türk yanğın briqadalarının tərkibində fəaliyyət göstərirdilər. Məsələn, beş "İlushinsky IL-76" gündə təxminən 30 uçuş yerinə yetirir, meşə yanğınları üçün 1,2 min ton su buraxır", - Yerxov məlumat verib.
"Hər gün 60-a yaxın uçuş həyata keçirən helikopterlərimiz 300 ton su buraxırlar. "Beriyev Be-200" tipli təyyarələr gündə 90-100 dəfə qalxır və havadan min tona qədər su buraxırlar. Bizim pilotlarımız var gücü ilə çalışaraq, vaxtlarını əsirgəmədən türk yanğın briqadaları ilə birlikdə yanğınlarla təmənnasız mübarizə aparırdılar.
Mən şadam ki, Rusiya bu çətin anlarda Türkiyənin yanındadır və dost türk xalqına bu təhlükəni aradan qaldırmağa kömək edir", - Yerxov qeyd edib.
Sputnik Türkiye
Mövzu linkləri: