Flaş / Gündəm / Azərbaycan / Publisistika
Aftandil Babayev: 200 minlik maşın sürən, günü ABŞ və İsrail səfirliklərində keçən media patronları həmin ölkələrin maraqlarına xidmət edirlər
İkinci dünya muharibəsində amerikalılar yaponlarla müharibədə hər gün çoxlu təyyarə və təcrübəli pilotlarını itirirdilər. Ona görə qərara alırlar ki, təyyarələrin zirehini gücləndirsinlər. Lakin təyyarəni bütöv zirehli etmək olmazdı, çunki bu halda təyyarələr çox ağır olacaqdı.
Məsələni həll etmək üçun ABŞ ordusu stastistikaçıları cəlb eləməli olur. Onlar döyuşdən qayıdan təyyarələrin ən çox hansı hissələrinin vürulduğunun hesablayıb o yerlərin gücləndirilməsinə kömək etməli idilər.
Beləliklə müşahidələrdə görsənir ki, qayidan təyyarələrin ən çox vurulan hissələri quyruq və orta hissələrdi. Mator və pilot kabinələri isə həmişə sağ salamat olurdu.
Bünu görən amerikalılar təyyarələrin quyruq və orta hissələrini zirehli etməyə başlayırlar. Amma bu onların ölumcul səhvləri idi.
Çunki onlar muşahidələrini qayıdan təyyarələrdə aparırdılar. Əsil həqiqət isə qayıda bilməyən təyyarələrdə gizlənmişdi. Onların ən çox vurulan hissələri motorları idi və ona görə qayida bilmirdilər.
Demək ki, həqiqət bir filosofun da dediyi kimi çoxunun bildiyi yox, bilmədiyi şeylərdə gizlənir.
Eyni ölumcul səhvi bü gün Azərbaycan xalqı da etməkdədi. Medianı, informasiyanı idarə edənlər xalqa əslində özlərinə lazım olan şeyləri göstərir, lazım olan ölkələri sevdirir. Özunə sərf etməyən, daha çox xalqa xeyir verə biləcək şeylərə isə nifrət təbliğ edir.
Məsələn, 200 minlik maşın sürən, günu ABŞ və İsrail səfirilyində keçən bir media patronu sizə nəyi təbliğ edəcək, kimlərə qarşı nifrət oyadacaq ?
Azərbaycandakı zavodlarını bağlayıb Türkiyədə 30 milyarda neft-ayırma zavodu açan Socar əlindəki media imperiyası ilə sizə nəyi təbliğ edəcək, kimlərə nifərt oyadacaq ?
Bunların xalqadan oğurladığı pullar, mulklər üzu bizdən qərbə tərəf olan ölkələrdədi, qaçmağa yerləri də ordadı.
Xalqın isə qaçmağa yeri yoxdu, elə burdayığ bizə var-gücləri ilə nifrət təbliğ etdikləri ölkələrin ortasında !
Mövzu linkləri:
Həmçinin oxuyun:
Rusiya yeni "Məhşər günü" təyyarələrini inşa edir: üçüncü nəslin xüsusiyyətləri
RUS KƏŞFİYYATI TÜRKİYƏNİ XİLAS ETDİ
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
UKRAYNANIN MANDARİN REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR
Rusiyanın hipersəs raketləri F-35 və F-22-lərin fəaliyyətini heçə endirir